Parapet bağında Hadi əl açıb,Şerini satanda yoldan ötənə.Kasıblar utanıb, varlılar cumub,Alıblar gövhəri su qiymətinə.

Ah, nə ibrətamiz bir mənzərədirQeyzindən kükrəyir daşa da bilmir.Bir xalqı tarixdə şair yaşadır,Bir xalq bir şairi yaşada bilmir...

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Vətən