Azalır qəlbimdə keçmiş qəm, kədər,Onun bu günündən söhbət açanda.Müşfiqin yazdığı misralar qədər,Körpə müşfiqlər var Azərbaycanda.

Onun heykəlinə göz dikib yollar,Sürünür heykəllik daş dizin-dizin.Bu gün Müşfiq adlı cəsur oğullar,Canlı heykəlidir Müşfiqimizin.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri