Ləkəsiz günəş
Üzeyir Hacıbəyovun xatirəsinə
Günəşin Vətəni Yer kürəsidir,Ondan həyat alan yüz-yüz ölkə var.Göyü nurlandıran, yeri isidən,Günəşin də üzündə qara ləkə var.
Baş əydin bir ulu müqəddəs adaMusiqi dahimiz nurdan yoğrulmuş.Göydəki Günəşdə ləkə olsa daÜzeyir ləkəsiz bir günəş olmuş.
Kitabxana.az · https://kitabxana.az/works/tofiq-bayram-lekesiz-gunes
← → düymələri ilə keçid, R — təsadüfi şeir