İnsan dərə keçib, dağ gəzə-gəzə,Can qoyur tapınca hər qəniməti.Torpağın altından çıxanda üzəQızılın, gümüşün artır qiyməti...

Saralır ağaclar, ağarır başlar,Təbiət rəhimsiz, ürəksiz olur...Qızılı yarpaqlar, gümüşü saçlarTorpağa qarışıb, gərəksiz olur.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Vətən