Əlimlə didərdim çörəyi hərdən,Elə ki, yeməkdən gözüm doyardı.Atam tikələri götürüb yerdən,Öpüb gözlərinin üstə qoyardı...

İndi bir ağsaçlı atayam mən də,Xəyalən baxıram həmin gözlərə.Yollarda atılmış çörək görəndə,Sanıram gözlərim tökülüb yerə.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri