Qəlbin tellərini ürəklə dindir,Baldan şirin olsun yazmaq əzabı.Yazmaq əzabından daha çətindir,Yazmamaq əzabı, susmaq əzabı.

Qəlbin fəryadından saçda dən doğur,Dağların ahından duman-çən doğur.Ağır misraların yükündən doğur,Şairin özünü asmaq əzabı.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri