Tanrı “yarat” dedi
Bir qarlı gecədə dünyaya gəldim,Mənim gəlişimi qış salamladı.Güldüm, dodağımı körpə gülüşü,Ağladım, gözümü yaş salamladı.
Su nədir – gözündən içəndə bildim,Od nədir – içindən keçəndə bildim,Atam bu dünyadan köçəndə bildim,Ömrü zəhərlənmiş aş salamladı.
Həyat ürəyimdə tər güllər əkdi,Gördüm duyğularım çiçək-çiçəkdi.Sevgi əllərini başıma çəkdi,Göz işarə verdi, qaş salamladı.
Kimlər satqın oldu, kimlər satıldı,Fikrim çaşqın oldu, qaşım çatıldı,Hərdən bostanıma daşlar atıldı,Şair taleyimi daş salamladı.
“İşlə” – qələm dedi, “dillən” – saz dedi,“Dildən ayrılmasın xoş avaz” – dedi.Tanrı “yarat” dedi, Allah “yaz” dedi,Məni bir müqəddəs iş salamladı.
2003, 30 noyabr
Kitabxana.az · https://kitabxana.az/works/zelimxan-yaqub-tanri-yarat-dedi
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Ulduzu sev, işıq olsun beyninə,Buludu sev, paltar olsun əyninə.
Bir gözəl öldürdü məniQəfil ölmək istəmirdim,Bir gözəl öldürdü məni.
Nifrətə çevirmə məhəbbətimiUcadı zirvəmiz, qoy uca qalsın,Endirmə yerlərə, göy uca qalsın.
Allah, gözlərə baxBelə baxış olmaz, belə göz olmaz,Allah, gözlərə bax, nə gözəl baxır.
Başqa şairlərin şeirləri · Təbiət və bahar
Üşşaqə məşq, eşqdə tumari-Kərbəla,Əhli-məzaqə gərmdi bazari-Kərbəla,
GəlməsinEşitmişəm yar yanında müddəi,Deyib Sabit bu samana gəlməsin,
Gəraylı: Şükür olsun ol XudayaŞükür olsun ol Xudaya,Yenicə yazlar gələyir,
QalıncaŞikar olub əldən ələ düşməsin,Qurulmuş torlara, felə düşməsin,