Yarının əlində ixtiyar olsa,Bütün bu dünyanı Gülgəzin eylər.Qaralsın çırağı, yanmasın şamı,Abbassız bir otaq Gülgəzi neylər.

Qoyma sinən üstə özgə sinə, yar,Qıyma özgə yata, özgə sinə, yar.Heç naz eyləyərmi özgəsinə yar,Yenə naz eyləsə, Gülgəzinə eylər.

Tükənməz bulaqdır elinsə sinə,Zəlimxan, batmaq nə, elin səsi nə?Hər zaman səs verər elin səsinə,Unutmaz Abbası, Gülgəzi neylər.

1972, 22-23 dekabr

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri