Bu, şair ömrüdü, qıyma sən Allah,Ruh bədəndən çıxsın, canda can ölsün.Vaxtsız ayrılmasın durna qatardan,Nə qanad qırılsın, nə insan ölsün.

Dünyadan dünyatək gedir hər gedən,Kim qaçıb dərd adlı bir düşərgən?İnsandı ayrılıb gedən cərgədən,Nə fərqi — ya nökər, ya da xan ölsün.

Dən gətir, dənimi, xırmanımı ver,Dərd kimə gərəkdi, dərmanımı ver.Yüz il yaşamağa fərmanımı ver,Qoyma bu yaşında Zəlimxan ölsün.

2004, 1 avqust

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri