Özün yazdın hər qisməti
Bu öy mənim öyüm deyil,Özünsən öyün sahibi.Yıxan da sən, qaldıran da,Bu kəndin, köyün sahibi.
Oddan eşqin, nurdan üzün,Tərəfisən haqqın, düzün.Quranın, kitabın, sözün,“Əlif”in, “bey”in sahibi.
Sümüyə bürüdün əti,Özün yazdın hər qisməti.Dizimdən alma qüvvəti,Dizimdə heyin sahibi.
Qara bəxtim, qara çuxam,Sənin əlin, mənim yaxam.Mən kiməm ki, şərik çıxam,Sənsən hər şeyin sahibi.
Gecə-gündüz çəkər ahı,Zəlimxandı dərdin şahı.Bağışla varsa günahı,Ey yerin-göyün sahibi.
Truskavets
Kitabxana.az · https://kitabxana.az/works/zelimxan-yaqub-ozun-yazdin-her-qismeti
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Sizə hardan danışım, əzəl başdan binadan,Mübarək bir atadan, müqəddəs bir anadan.
Dolaşıq aşırımlarVüsala can atdım mən ömrüm boyu,Yapışdı yaxamdan hicranın əli.
Mükafatım - azadlığımDüşünürəm varlığı, düşünürəm həyatı,Nədir əlli yaşımın ən böyük mükafatı?
Mən də Yaradanın bir aşığıyamDünən körpəsiydim Kəpənəkçinin,Atayam, babayam, əmiyəm indi.
Başqa şairlərin şeirləri
Üzü təbəssümlü, fikri xatalıDəlisov odunçu əli baltalı
RübailərSənsiz nəfəsi səbrü qərarım yoxdur,Nəzzarədən özgə intizarım yoxdur.
Pəltək adamın dilindənŞə-şə-şə şəha cəmalın kə-kə-kə kəmal olubdur,Lə-lə-lə ləbin şərabı zu-zu-zu zülal olubdur
GəlməsinEşitmişəm yar yanında müddəi,Deyib Sabit bu samana gəlməsin,