Vətənə doğru
Ey vətənə din-imanım deyənlər,İnsaf, iman, din vətənə doğrudur.Üşüyürdüm dünən doğan günəşdən,Bu gün doğan gün vətənə doğrudur.
Vaxtı saymaq çox ağırdı, çox çətin,Qədrini bil yurd adlanan qismətin.Caynağından çıxa bilsək həsrətin,Hara dönsən, dön, Vətənə doğrudur.
Doğmalıqda nə güc varsa bil daha,Yaxşı sarıl eşq adlanan silaha.Ay Zəlimxan, minnətdar ol Allaha,Bu gün doğan gün Vətənə doğrudur.
2011, mayAlmaniya, Hannover
Kitabxana.az · https://kitabxana.az/works/zelimxan-yaqub-vetene-dogru
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri · Vətən
Əzm eylə diyar-ı ŞirvanıQət eylə rəh-i Azərbaycanı
Oldu, ya rəbb, həlak insanlarOldu, ya rəbb, həlak insanlar,Suvarıb torpağı qızıl qanlar.
Ananın öyüdüGeyib əsgər paltarını, silahlandı qəhrəman,Onun polad sinəsinə sığışmadı ürəyi.
AyrılıqMən saralıb sollam qərib ellərdə,Sözüm dastan olar bütün dillerdə,