Xəyalımda bir ulduzlu gecə qalıb
Bu kənd daha mən gördüyüm o kənd deyil,Nə ocaq var, nə tüstülü baca qalıb.Oğul-uşaq səpələnib uzaqlara,Ortalıqda qarı qalıb, qoca qalıb.
Dörd göz ilə saza baxmır uşaqları,Məclislərdə qoşalaşmır aşıqları,Orda-burda öləziyir işıqları,Xəyalımda bir ulduzlu gecə qalıb.
Yetim evlər qəlbə ağrı, ürəyə yük,Qıfıllanmış qapıların dərdi böyük,Gedənlərin çoxu sönük, çoxu dönük,Qalanların çoxu başı uca qalıb.
2002, 1 fevral
Kitabxana.az · https://kitabxana.az/works/zelimxan-yaqub-xeyalimda-bir-ulduzlu-gece-qalib
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Bir qocanın duruşuna baxıram,Kirpik enib, gözdə xəzan vaxtıdır.
Heyif gözəlliyə, heyif gözələBaxışlar qurumuş bulağa dönüb,Yanaqlar saralmış yarpağa dönüb,
FaciəsidiQocaman palıdlar çox gözəl bilir,Hər şimşək bir dağın faciəsidi.
Yox, sən o yerlərdə doğulmamısanYox, sən o yerlərdə doğulmamısan,Sözündən çiyələk qoxusu gəlmir,
Başqa şairlərin şeirləri
Ey mənə tənə vuran Mustafa xan Şirvan,Bax bu dibacə məzmunum, eşit ərzimə qan
GəlsinHəsən paşa tutub Əvəz malımı,Göndərək türkmənlərdən xanlarım gəlsin
Hicrani-yar eylədi halu dilim xərabHicrani-yar eylədi halu dilim xərab,Suzi-dərunim etdi cahan əhlini kəbab.
Milli marşVurulur meydanda sinci-dəf,Vurulur meydanda sinci-dəf,