Dan yerinə bax
Duyğunu təmizlə, hissi təmizlə,Başından dumanı, sisi təmizlə.Ruhundan tüstünü, hisi təmizlə,Hər gözdə çağlasın bir qaynar bulaq,Dan yerinə boylan, dan yerinə bax.
Kütləşir beyin də, qaralır qan da,Yorulur ürək də, üzülür can da.Həyatdan bezdiyin günlər olanda,Ümid çırağıdı, sönməz o çıraq,Dan yerinə boylan, dan yerinə bax.
Yerdə zəlzələ var, yerdə vəlvələ,Göylər yaxasını heç vermir ələ.Üzü pis üzləri görməyib hələ,Gəlintək həyalı, qıztək utancaq,Dan yerinə boylan, dan yerinə bax.
Silinsin yaddaşdan hər dedi-qodu,Sönsün hər qəzəbin, hər məkrin odu.Bəlkə də, insanın Allahı odu,O, səni çağırır Günəşdən qabaq,Dan yerinə boylan, dan yerinə bax!
2001, 13 yanvar Altıağac
Kitabxana.az · https://kitabxana.az/works/zelimxan-yaqub-dan-yerine-bax
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Heç vaxt tənhalığa təklənmək demə,Yalançı hay-küydən sovuşmaqdı bu.
Özünü öldürmək istəyən adamCahillə alimin arasındadı,Zülümlə zalımın arasındadı,
Ürəyin ömrünü uzatdım bir azO mənim nazımla çox oynamışdı,Bir az əvəzini qaytara bildim.
Səni mənə Allah özü göndəribSəni mənə Allah özü göndərib,Qələmim gəl, dəftərim gəl, sazım, gəl.
Başqa şairlərin şeirləri
تعالی الله از آن چشمان، جلال الله از آن ابرو
Təcnis: Çəkmiş yar oxunu, salmış yayınaÇəkmiş yar oxunu, salmış yayına,Bağlamış belinə bu sədaqları.
UzaqSahiba, bir nəfərəm dövlətü izzətdən uzaq,Düşmüşəm şəhrdən avarə, vilayətdən uzaq.
ƏlvidaEy könül, fikrin nədi, çün gəldi hicran, əlvida!Ölməyim xoşdur, gərəkməz cismi-bican, əlvida!