Yarpaqlar yalvarır sərt küləklərə:“Qoparma budaqdan, qoparma məni,Didəcək yol-yoxuş, udacaq dərə,Aparma uzağa, aparma məni”.

Budaqlar yalvarır öz gövdəsinə:“Qurutma, qurutma, qurutma məni”.Köklər ağız açıb deyir torpağa:“Unutma, unutma, unutma məni”.

2005, 28 mart

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri