Yaşıllanım yarpaq-yarpaq
Yaradanım, yardım eylə,Yaratdığın yarım olsun.Çiçəyinə üzüm dəysin,Budağında barım olsun.
Yarlı günə varlıq deyim,Yarsız günə darlıq deyim.Darlığa məzarlıq deyim,Dönsün qışım, qarım olsun.
Tanrım, mənə sağ gözlə bax,Yaşıllanım yarpaq-yarpaq.Qədəmlərim dəyən torpaq,Öləndə məzarım olsun.
2003, noyabr
Kitabxana.az · https://kitabxana.az/works/zelimxan-yaqub-yasillanim-yarpaq-yarpaq
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Dağın dərdi
Bu dağın dərdini daşımaq olmaz,Yox, belə dağ ömrü yaşamaq olmaz!
SığışmazYaxşı tanıyıram, mən səni yaxşı,Bu yurdun başına dolanmamısan.
TəmizlərAz tapılan almaz kimi azsınız,Sözü şirin, söhbəti bal adamlar.
Bu kişi nə gözəl qocalıb, Allah!Mənim öz kökümdü bu boy, bu nəsil,Gözdə işığa bax, saçda qara bax!