Dünya dövr eyləyirzaman içində,Yer göyə bağlıdır,göy yerə bağlı.Dünyada nə varsabir can içində,Hamısı eşq adlımehvərə bağlı.

Göylərin rəngi vargüldə, çiçəkdə,Biri ağ, biri göy,biri sarıdı.Yağış da, dolu da,qar da, külək dəBuludun ərköyünövladlarıdı.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Təbiət və bahar