Bu kişi nə gözəl qocalıb, Allah!
Mənim öz kökümdü bu boy, bu nəsil,Gözdə işığa bax, saçda qara bax!Tanrının qələmi çəkib, elə bil,Alnında açılan qırışlara bax!Başa hardan yağıb “bu ağlıqda qar”?Gözə hardan düşüb bu bolluqda nur?Nə zaman baxırsan, tərpənişindənSəadət tökülür, sevinc oxunur.Vurulub ilahi bir aydınlığa,Doyunca baxmamaq günahdır, günah,Bu kişi nə gözəl qocalıb, Allah!
Arzusu, xəyalı zirvələrlə tən,Ağır yerişindən yer ləngərlənir.Dünyanı bu qədər çox sevdiyindənDünyanın başına dönür, hərlənir.Ömrünün sarayı elə yapılıbZaman bir kərpici sala bilməyib.Torpaq sevgisini, həyat eşqini,Onun əllərindən ala bilməyib.Uğurla açılıb hər gələn sabah,Bu kişi nə gözəl qocalıb, Allah!
Şirin sözlərini can dərmanıtək,Şərbət əvəzinə nuş etmək olar.Böyük gözəlliyi duyanda ürəkÖmrü ağ günlərə tuş etmək olar.Yorub yollarını, yoxuşlarını,Bu qoca dünyanı gözdən keçirib,Əlvan fəsillərin dərib barını,İllərin sayını yüzdən keçirib.Nə acı dil olub, nə artıq tamah,Bu kişi nə gözəl qocalıb, Allah!
Uzun qollarımı geniş açardım,Qəlbimi göylərtək gen eyləyərdim.Gün kimi aləmə işıq saçardım,Bütün günlərimi şən eyləyərdim.Qocalıq sözünü yaxına qoymaz,Könlüm yüz yaşda da cavan olardı.Soğulmaz bulağım, qurumaz arxım,Eşqim çaylar kimi rəvan olardı.Belə qocalsaydı bütün qocalar,Ömrümdə bir dəfə mən çəkməzdim ah,Bu kişi nə gözəl qocalıb, Allah!!!
Kitabxana.az · https://kitabxana.az/works/zelimxan-yaqub-bu-kisi-ne-gozel-qocalib-allah
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Nə eldən doyan var, nə gözdən qoyan,İnsanlar yaşamaq həvəsindədi.
BurdaGəldim Qarabağa bahar çağında,Öpdüm, əzizlədim torpağı burda.
DayanmazGözə baxdım, gözəlliyə can dedim,Heyf, o da gözdə, qaşda dayanmaz.
Salam yetirGedirsən, ay eloğlu, dinlə məni ürəkdən,Orda mənsiz ömr edən illərə salam yetir.
Başqa şairlərin şeirləri · İlahi eşq
Aşıq SəmədFikrin-zikrin gəzir uca göyləri,
Pünhan həmən Pünhandı daHeç məəttəl qalma gəl, dövran həmən dövrandı da,Adəmi yoldan edən şeytan həmən şeytandı da.
Qaraçı qızQaraçı qız sinəsini verib qabağaKirpiyindən, dodağından məhəbbət axır.
Təndə canın bilməyənlər bilmədi canan nədir?Təndə canın bilməyənlər bilmədi canan nədir?Bilməmiş ol kişi kim qətrə nədir, ümman nədir?