Bu mənim gecəmdi,bu mənim gecəm,Bulaq gecəsidi,çay gecəsidi.Bir zərrə qaranlıqyoxdu dünyada,Bir aylı, ulduzluyay gecəsidi.

Yaradan möcüzə,yaradılan sirr,Mübarək üzünüAllaha çevir.Çiçəklər sevişir,mələklər sevir,Ana təbiətintoy gecəsidi.

Bir gecə yatmasaqqəbahət olmaz,Təbiətdən böyükziyarət olmaz.Heç kəsdə bu qədərsəxavət olmaz,Tanrının şairəpay gecəsidi.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri