(Məkkənin fəthi)

(Ya Peyğəmbərl) Həqiqətən, Biz sənə(müsəlmanların fütuhatının başlanğıcınıqoyan, Kəbənin yerləşdiyi Məkkə şəhərinin,habelə bir çox başqa məmləkətlərin fəthinəsəbəb olacaq Hüdeybiyyə sülhü ilə) açıq-aşkarbir zəfər bəxş etdikl(“əl-Fəth” surəsi, 1-ci ayə)

Bu yol Məkkə yoludur,bu yol şərəf, şan yolu,İnsana, insanlığanurlu kəhkəşan yolu.

Göydən gələn səslərin,səsi duyan kəslərin,Əsl müqəddəslərinəbədi nişan yolu.

Arzuların, kamların,sevgi dolu camların,Haqqa qul adamlarınqaynayıb daşan yolu.

Fürsət verər duyana,canı Haqqa qıyana,Günahını yuyanaən böyük imkan yolu.

Gedən dost, gələn hacı,Peyğəmbərin meracı,Bütün yolların tacı —din yolu, iman yolu.Bu yol Məkkə yoludur,duyğuların saf yolu,Tövbə, etiraf yolu,mərhəmət, insaf yolu.Fikirlərin, hislərinsu kimi şəffaf yolu,Haqq yolu, vicdan yolu,din yolu, iman yolu.Gözlər üçün gur işıq,can umana can yolu,Din Məhəmməd yolundaəbədi nişan yolul!

Səkkiz il ayrılıq,səkkiz il hicrət,Səkkiz il intizar,səkkiz il həsrət,Səkkiz il imtahan,səkkiz il möhnət,Səkkiz il hazırlıq,səkkiz il qüvvət,Sinədə duyğularaşıb-daşırdı,Xəbər gözləyirdiulu Tanrıdan,Peyğəmbər səfərəhazırlaşırdı.İslamın naxışı,hənası Məkkə,Tanrı inancınınbinası Məkkə,Məhəmməd ömrününmənası Məkkə,Ulu Peyğəmbərinanası MəkkəMüşriklər əlindəyolu çaşırdı,Onu haqq yolunagətirmək üçünPeyğəmbər səfərəhazırlaşırdı.

Ona işığınıgur verdi AllahlOna tükənməyənnur verdi AllahlOna işlərindəsur verdi AllahlOna ürək açdı,sirr verdi Allah:“Ya Rəsul, səfərəhazırlaşl” — dedi.

“Hökmün və hikmətinzamanı gəldi,Ağlın, qətiyyətinzamanı gəldi,İlahi qismətinzamanı gəldi,Böyük ziyarətinzamanı gəldi,Ya Rəsul, səfərəhazırlaşl” — dedi.

“Səni bir mübarəkşəhər gözləyir,Məkkədə açılansəhər gözləyir,Allahın evinəsəfər gözləyir,Fəth günü gözləyir,zəfər gözləyir,Ya Rəsul, səfərəhazırlaşl” — dedi.

Bu xeyir xəbəri,bu şad xəbəri,Aylarla, illərləgözləmişdi olQəlbinin işıqlıbir guşəsindəPünhanca saxlayıbgizləmişdi olOrda nələr olubbu səkkiz ildə,Gecəli-gündüzlüizləmişdi ol

Bağlıydı torpağa,yurda Məhəmməd,Yurda qayıdırdınurda MəhəmmədlAdını hayandaçəkirsənsə çək,Orda Məhəmməddi,burda MəhəmmədlEy gözü yollaraboylanan şəhər,Yetəcək dadınadarda MəhəmmədlPeyğəmbər dayağıolan Mədinə,İman işığıyladolan Mədinə,Zamanın peyğəmbərşəhəri kimiTarixin yadındaqalan Mədinə,O gün başdan-başayanan zər idi,Nə ki Məhəmmədəvurğun olan var,Hamısı Məkkəyəsəfərbər idi.

Bu gün həqiqətədönən arzununKönül qayğısıylasüslənmişdi OlƏrəb olmayanı,ərəb olanıBöyük həqiqətəsəsləmişdi Oİslamın əbədiqələbəsiniCanında, ruhundabəsləmişdi Ol

Zəfər yollarınaqovuşmaq üçünFikrində çox yollarqət eyləmişdi.Məkkə şəhərinifəth etməmişdənÖncə könüllərifəth eyləmişdi.Bu günün eşqinəömrünü verib,Bu günə çatmağıəhd eyləmişdi.

Hər gün əlləriniaçıb göylərəHaqqın razılığıolana qədərBu işə neçə yolcəhd eyləmişdi.

Gedir, Peyğəmbərinordusu gedir,Elə bil üstünəsəhra yeriyir.Qırmızı dənizdiaxan elə bil,Elə bil səhradadərya yeriyir.Mələklər göz qoyurqoşunun üstə,Haqqın nəzəri varbaşının üstə,Onun arxasıncadünya yeriyir.

Baxıb Allahına,Peyğəmbərinəİnam ordusuduryeriyib gedən.Açıq xəyallarıqanadlandıran,Nurlu könüllərdəişıq yandıranİslam ordusuduryeriyib gedən.Dünyanı Allahatəslim eyləyənİmam ordusuduryeriyib gedən.

Şəhər Məkkə, ay Ramazan,Ramazının on üçü,Peyğəmbərin qollarındaHaqqın, qüdrətin gücü.Hər əsgərin ürəyindəümid səsi MəhəmmədlYer üzündə bir qoşun var,sərkərdəsi MəhəmmədlKafir müslüm olmalıdı,başqa niyyət yoxdu, yoxlPeyğəmbərim olan yerdəməğlubiyyət yoxdu, yoxlBütün qoşun bir ağızdan“Allahu-Əkbərl” deyir,Tək olana, Əkbərinə,Rəbbinə rəhbər deyir.Allahl Allahl Bu qoşundaşərəfə bax, şana bax,Min illərlə söylənəcəkölümsüz dastana baxlƏmri verən Məhəmməddir,bayraq tutan Əlidir,Bu qüdrətin qarşısındagöy yerə çökməlidir,Bu qüvvətin qarşısındadağ dizə çökməlidir.Bu gün sülhün meydanıdı,bu gün barış günüdür,Həqiqəti, təriqətibir axtarış günüdür.Qoy özündən küssün bu günHaqq yolundan çıxanlar,Yaradanın yazısıdıbugünkü axın, qəza,Möminlərə mükafat var,kafirlərə sərt cəzalNə sandılar Peyğəmbəri,nə sandılar sülhü, nə?Onlar arxa çevirdilər“Hübeydiyyə” sülhünə.

Həzrəti Məhəmmədin on minlik müzəffər orduylaMəkkəyə gəldiyini eşidən, Peyğəmbərə zaman-zamanhaqsızlıq edən, onu zor gücünə Məkkədən çıxaran, onunqətlinə, ölümünə belə fərman verməkdən çəkinməyənMəkkə müşrikləri möhkəm təlaşa düşdülər. Qorxusun-dan dağlara, daşlara qaçanlar, ailələrini daldalardagizlədənlər oldu. Peyğəmbər şəhərə daxil olan kimi,müşriklərin gözlədiyi işin tam əksi olan, tarixlərin yad-daşında əbədi qalan ədalətli bir iş gördü. Müşriklərsavaş gözləyirdilər, həyat gördülər, işgəncə gözləyir-dilər, əmin-amanlıq gördülər. Haramın halala, nifrətinsevgiyə, qaranlığın işığa döndüyünü gördülər. Peyğəm-bər Məkkənin açarlarını Osman Təlhadan alıb, Kəbədənamaz qılıb, aman diləyənlərin hamısına aman verdi,azadlıq bəxş elədi. Günahkarların və günahsızlarınsayından asılı olmayaraq o, hamını bağışladı.Peyğəmbərin bu əməlini görən Məkkə müşrikləridönüb müsəlman olmuşdu. Hətta Həzrəti PeyğəmbərUhud savaşında şəhid olmuş, “Şəhidlərin əfəndisi”dediyi əmisi Həzrəti Həmzənin qanını içən, ciyəriniçıxaran, Əbu Süfyanın arvadı Hind adlı qadını da bağış-lamışdı. “(Ya Rəsulum1) Quranı (oxumağı və təbliğetməyi, yaxud hökmlərinə əməl etməyi) sənə vacibbuyuran (Allah) qayıdacağın yerə (hicrət edərək çıx-dığın Məkkəyə) səni yenə də qaytaracaqdır. De: “Rəb-bim hidayətlə (doğru yolu göstərən rəhbərlə) gələni də(yaxud doğru yolda olanı da), haqq yoldan açıq-aşkarazanı da hamıdan) yaxşı tanıyırl” (“əl-Qəsəs” surəsi — 85)ayəsini xatırladı. Çatdığı müqəddəs arzuya görə dönə-dönə Allahına şükür elədi, fəth namazını qıldı.

Kəbənin qapıları

Ulu bir ziyarətinyolunda zəvvar oldu,Hər addımın başındaAllah ona yar oldu.Dünyaya təzə gəldi,o doğulub var oldu,Vicdanı sudan duru,ürəyi Aydan arı,Açıldı PeyğəmbərəKəbənin qapılarıl

Sanki quru səhralaryumşaldı, məxmər oldu,Göz gördü bu hikməti,ürəyə xəbər oldu.Dilinin şah nidası“Allahu-Əkbər” oldu,Fikri, hissi, xəyalıdağların dümağ qarı,Açıldı nur üzünəKəbənin qapıları

İllərlə güc gəzirdibu qapını açmağa,Bu məbədin nurunuürəyinə saçmağa.Allah verdi fürsətiqanadlanıb uçmağa,Saf arzunun, diləyinyetişdi şirin barı,Açıldı PeyğəmbərəKəbənin qapılarılBurda iki tərəf yox,hamı bir tərəf oldu,Durna qatarı kimimöminlər səf-səf oldu.Ehram libası geyməkən böyük şərəf oldu,Yeridi ağ dalğalarüzü qibləyə sarı,Açıldı nur üzünəKəbənin qapılarıl

Ağrıların dərmanı,dərdlərin əlacıymış,Gözün, qəlbin istəyi,ruhun ehtiyacıymış.Görüşlərin, yolların,səfərlərin tacıymış,İnsanın, insanlığınqədim sirdaşı, yarı,Açıldı PeyğəmbərəKəbənin qapılarıl

Beləliklə, islam tarixinin ən böyük, ən şərəfli hadi-sələrindən biri olan “Məkkənin fəthi” tarixin yaddaşınaköçdü. Dünyada islamın böyük qələbələrinin əsası, sağ-lam bünövrəsi qoyuldu. Bu hadisə uca Peyğəmbərimizinşəxsiyyət kimi də nə qədər böyük ürək və dərin ağıl,inanılmaz güc sahibi olduğunu bir daha dünyaya göstərdi.O günü müsəlman olan Məkkə müşrikləri Peyğəm-bərin qılıncından daha çox ağlı, sevgisi, məhəbbəti,şəfqəti qarşısında təslim olub, baş əydilər. Allahınşəninə dua üçün əllər göyə qalxdı.O gün yer də, göy də, dağ da, daş da, Kainatda bütüncanlı varlıqlar da Peyğəmbərimizə dualar oxuyur, zəvvarlar“Allaha şükürl” nidaları ilə bir-birini salamlayırdılar.

Ulu Tanrı, qadir Allahona bir səltənət verdi,Gözün aydın, ulu Məkkə,gəldi Rəsulullahımız.Yamanlığı yaxşılıqlatərki-silah edən kişiOldu bizim qüdrətimiz,səngərimiz, silahımız.

Dünya gördü ədaləti,gördü kimdi adil olan,Əfv eylədi, aman verdi,bağışlandı günahımız.Sərt ürəklər yumşalanda,pirləşəndə gözəl olur,Könüllərdə Allah nuruyerləşəndə gözəl olur,İlqar-iman, əhdi-peymanbirləşəndə gözəl olur,İslamdadı ümidimiz,Tanrıdadı pənahımız.Qoca dünya öz yükünüyavaş-yavaş çəkər gedər,Cəhalətin saraylarıkərpic-kərpic çökər gedər,Tac paslanar, taxt yıxılar,şah devrilər, nökər gedər,Yaradana qul olandaşahlıq olar dərgahımız.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · İlahi eşq