Eşq olan yerdə Allah var,Allahlıqda riya yoxdur.Şeytanlıqda bircə damla,Halallıqdan maya yoxdur.

Tanrı kimi çıx meydana,Cansızları gətir cana.Başını qoşma şeytana,Onda abır-həya yoxdur.

Göyü uca, yeri dərin,Ruhu sakit, qəlbi sərin.Haqqa doğru gedənlərinDilində bəd dua yoxdur.

2011, mayAlmaniya, Hannover

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · İlahi eşq