Mən kiməm ki, məclis quram,meydan açam, söz danışam,Danışdıran danışdırır,ruh dilində, can dilində.

Güllərə bax, hər toxumudönüb bir gülüstan olub,Arılar da nəğmə deyirbal dilində, şan dilində.

Tanrı ilə danışmağınbir yolu var, sevgi yolu,Şeytan ilə danışıramqılıncla qalxan dilində.

“Bəy ərənlər” deyə-deyədilləndirib qopuzunu,Dədə Qorqud söhbət açıbbəy dilində, xan dilində.

Mənim dilim sevgi dili,Tanrı dili, haqq dilidi,Əgər məni sevirsənsə,danış Zəlimxan dilində.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq