Birisi pəhləvan deyib özünə,Yaxına qoymadı bir pəhləvanı.Qüvvət toplamayıb əsla dizinəO, qalxan eylədi sözü, böhtanı.

Ay ötdü, il keçdi... Dolandı zaman,Çirmənib girmədi heç vaxt meydana,Qırılıb töküldü tutduğu qalxan,Bir insan pəhləvan demədi ona...

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri