Sənsiz nə gündüzüm var,Nə də ki, gecəm mənim,Qara dəniz!Yalnız səndə cəm olubFikrim, düşüncəm mənim,Qara dəniz!Xəzərimə qardaş ol,Ürəyimə sirdaş ol,Qara dəniz!Günəş olub axşamlarQoy sinəndə batım mən,Ulduz olub gecələrDalğalarda yatım mən,Qara dəniz!Durna olub səhərlərQoy üstündə süzüm mən,Sona olub daimaSularında üzüm mən,Qara dəniz!Şair sözü düz gərək...Dinlə mənim sözümü;Qocalsam da hələ varÜrəyimin dözümü;Aclıq qılınc çəkəndə,Gün olub ki, səhərdənQəndə,Duza,ÇörəyəNövbəyə durmuşam mən...Amma heç vaxt, heç yerdəSədaqətə, dostluğaMən növbəyə durmadım,Özgənin qismətinəMən əlimi vurmadım,Qara dəniz!Ömrümdə göz dikmədimBir kəsin sərvətinə.Mən paxıllıq etmədimDostumun şöhrətinə,Qara dəniz!Şair olmaq ağırdır,Bunu indi bilmişəm,Heyran olub hüsnünəSahilinə gəlmişəm,

Qara dəniz!Qayaları titrədənTufanını ver mənə,İldırımlar oynayanDumanını ver mənə,Qara dəniz!İnsanların qaynağıLimanını ver mənə,Qara dəniz!Sakit duruşundakıQüvvətini ver mənə,Dalğalarda gördüyümCürətini ver mənə,Qara dəniz!Bu tükənmək bilməyənDövlətini ver mənə,Qara dəniz!Dərdlərə dərman olanHikmətini ver mənə,Qara dəniz!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri