Tar
M.Müşfiqin əziz xatirəsinə
Gecə keçmiş... Kənd yatır...Uzaqlara düşüb qar,Harda isə yenə dəŞirin-şirin ötür tar.Barmaqlar oynadıqcaNizamla pərdələrdə,Fikrim qərar tutaraqDurmayır əsla yerdə.Qəlbimdə şam yandırır,Babaların öz əli;Füzulinin, VaqifinAlov dolu qəzəli!Uzaqlarda ötür tar...Gözümdə yar həsrəti,Alnımda bir millətinBir əbədi şöhrəti!Uzaqlarda ötür tar...Köksündə coşğun ümman,Dinləmişdir bu səsiŞair Müşfiq bir zaman!Uzaqlarda ötür tar...Söylə, nəsən sən belə?Od tutub alovlanırSəni kim alsa ələ?!Sən–nəğməsən! Qılıncsan!Öt, ey tarım, sən müdam!Hər pərdəndə bir aləm,Hər səsində bir ilham!Öt, ey tarım, öt yenə!Mən səninəm, sən mənim,Sənsiz pərişan olarBu sevimli vətənim!
Öt, səsini dinləyimOlsam belə mən harda:Yaşadıqca həyatda,Əgər ölsəm – məzarda!
Kitabxana.az · https://kitabxana.az/works/zeynal-xelil-tar
← → düymələri ilə keçid, R — təsadüfi şeir