Cənnətin qəbzi
Yusif Vəzir Çəmənzəminli- Nəsr
- XX əsr
- 10 əsər
- Oxu müddəti: 40 dəq
Başmaqçı usta Ağabala Veylabad şəhərində beş kişinin biri idi; saleh, salim mö’min allah bəndəsi bir şəxs idi. Bir adam yox idi ki, onun saqqalına həsəd aparmasın. Doğrudan da, usta Ağabalanın saqqalı gözəl saqqal idi; qara atlas parçası kibi, üzünün iki tərəfini dutub və gicgahlarına getdikcə ucları naziklənib gözəl bir surətlə qulaqlarına yapışırdı.