Səyə salam vermək insafdan deyil,Əqrəbə, ilana sarışmaq olmaz.Silaha aldanmaq, əbəs öyünmək,Xaini-xəbisnən duruşmaq olmaz.

Təəccübəm bu qurğuya, bu fəndə,Nahaq yerə qəza salır kəməndə,Yazıq canım əhli-arif görəndə,Söyləyib dərdini danışmaq olmaz.

Qurbanam, yamana qol qoyam çətin,Demərəm dünyada bir kəsin bədin,Dilim qadağadı, nə danış, nə din,Nə sirr açmaq, nə söz soruşmaq olmaz.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets