Dərviş sayaq xeyli gəzdim cahanı,Görmədim sənin tək bir insan, Pəri!Xaliqin hökmülə xəlq olunmayan,Nə yaraşıqlı mələk, nə qılman, Pəri!

Qamətin əlifdi, peykanın nundu,Surətin mələkdi - sevmək qanundu,Atəş gözlərdədi - üzülən candı,Gərək doğru olsun yol-ərkan, Pəri!

Boşalan dünyadı, dolan dünyadı,Həqiqi dünyadı, yalan dünyadı,Verdiyini əldən alan dünyadı,Nə sevgi qalacaq, nə cahan, Pəri!

Şəkli-şəbahətdə qeyri təhərsən,Hüsnü vücahətdə şəmsi-qəmərsən,Qan ağlaram - hər yadıma düşərsən,Ağlar didələrim, tökər qan, Pəri!

Dərd, qəmim taladıb - ürəkdə məlal,Getməz gözlərimdən firqəti-xəyal.Dərdim çoxdu - deyim yaz, dəftərə sal,Neçə ki, zülfünə yoxdu san, Pəri!

Bağ bənzəməz hərgiz behişt bağına,Sar yaraşmaz qoysan tərlan yerinə.Qəm dəryadı - qərq olmuşam dərinə,Təlatüm eyləyir min tufan, Pəri!

Göz axtarar, könül istər - çatmaz əl,Xidmətinə namə yazdım, dil əfsəl,Qurban beynəvadı, sal yadına gəl,Can mənim, can sənin, bir də can, Pəri!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets