Ay həzarat, gəlin sizə söyləyim,Axdı eynim yaşı çay oldu getdi.Nə ağa, nə nökər, nə bəy, nə paşa,Hamsı bir-birinə tay oldu getdi.

Kimi ay qabağa cığa tel düzər,Kimi qaş altından gözlərin süzər.Kimi yeyib, içib, sallanıb gəzər,Kiminin axırı vay oldu getdi.

Aşıq Alı, dərdi canda saxlaram,Bağrım başın çalın-çarpaz dağlaram,Gecə-gündüz nalə çəkib ağlaram,Hayıf, gözlərimə zay oldu getdi.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets