Dağ üstündən, çəkdin dağı,De, nəydi günahım, dağlar,Sən mənə kəsildin yağı.Tutsun səni ahım dağlar.

Qara gəlibdi dövranım,Əl vurma, tökülər qanım,Hanı mənim Xan Çobanım,Oydu qibləgahım, dağlar.

Niyə belə yazdı fələk,Ayrılığa dözmür ürək,Bəsti kimi sən də qal tək,Olmasın pənahın dağlar.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Fate