Nəyinə güvənim mən bu dünyanın,Getdi san - söhrətim, daha nə deyim!?Sındı qol - qanadım, qaldı göz dağım,Getdi şan şöhrətim, daha nə deyim!?

Şanlı torpaqlardan üzdüm əlimi,Dərdü - kədər yağır etdi dilimi .Hicran qəmi viran qoydu könlümü,Getdi şan - şöhrətim, daha nə deyim!?

Dağıldı Axısqa, yandı Əsmincə,Kor olaydım bu dövranı görüncə.Bu müsibət yaddan çıxmaz ölüncə,Getdi şan - şöhrətim, daha nə deyim!?

De, bu nə fərmandı, bu nə əmirdi,Ya Rəbbim! canımız daşdı, dəmirdi.Gəlmələr yurdumu yıxdı, yemirdi,Getdi şan - şöhrətim, daha nə deyim!?

Tutur tənələrə gədələr məni,Sibirə sürgünnən hədələr məni,Nə olsun tanıyır dədələr məni,Getdi şan - şöhrətim, daha nə deyim!?

Bu yollar uzanır Qazaxıstana,Az qalır cismim də od tutub yana.Xar ol belə dövran, yan ay zamana,Getdi şan - şöhrətim, daha nə deyim!?

Köç karvanı Ağbabadan yan gedir,Yaralarım göz- göz olub, qan gedir.Aşıq Heydər, sənnən şöhrət - şan gedir,Getdi şan - şöhrətim, daha nə deyim!?

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets