Bir gözəlsən, tək gəlibsən dünyaya,Qaşları qüdrətdən qaralı Sultan!Camalın şöləsin bənzətdim aya,Əgər alim görsə, saralı, Sultan!

Səni sevən neylər dövləti, malı,Huşu başdan gedər, çaşar xəyalı.Düşər bu çöllərin olar abalı,Ölənədək gəzər yaralı, Sultan!

Eşitginən sən Musanın sözünü,Həsrət çəkər, bir də görə üzünü.Mən sevmişəm sənin ala gözünü,Sərəfraz dağların maralı Sultan!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets