Xitab
Əya güruhi-sitəmkar, əhaliyi-Təbriz,Vəfa yerində cəfa sizdə bu nə adətdir?!Həvayi-nəfsə mütiü tamam eyşpərəst,Görüm, ilahi, dağılsın necə vilayətdir.Nə elmə talib olan var, nə rəsmdən agah,Vəli bu firqəyə mətlub zibi-surətdir.Kimin ki, xülqi müzəyyəndir, istəməz zinət,Kişi özün bəzəmək cəhldən əlamətdir.Yetişdi bir yerə iş hər kimin ki, saqqalı,Hənalı olsa uzun, hörməti ziyadətdir.Bu tərz olursa parak tazi tuladan yeydir,Sürü içində siyiz sahibi-kəramətdir.Nə qədər seyr edirəm kuçə ilə bazari,Adam çox az görünür, izdihami-kəsrətdir.Vüfuri vardır üç firqənin bu kişvərdə,Axund ilə xərü xan bihədü nihayətdir.Bunun əmaməsi rəngin, onun yükü səngin,Xüsusən ol birinin cübbəsi qiyamətdir.Xəri çıxaq aradan bunlara şəbahəti yox,O binəvanın işi rəncilə rəyazətdir.Axund ilə xana hər tənə eyləsən yaraşır,Bu müftəxorların əndişəsi şərarətdir.Nə rahi-rəsmi-nəsara, nə şiveyi-islam,Nə bütpərəst süluki, bular nə millətdir?!Bular vuran od idi əhli fəqr xərməninə,Ki, indi şöləvər oldu cahanda, vəhşətdir.Süluki-dəhrdə təhzibi-nəfs üçün fazil,Müdəlləl eylədigin söz sana nəsihətdir.
Kitabxana.az · https://kitabxana.az/en/works/bakixanov-xitab
Use ← → keys to move, R for a random poem
More by this author
Fəqrlə tapdım özümə mən əlac,Qalmadı dərmanə daha ehtiyac.
Gördüm o gözəl türrəni rüxsar arasındaGördüm o gözəl türrəni rüxsar arasında,Bənzətdim onu əfiyə gülzar arasında.
Gözlərin kim aşiqə məxmur şəklin göstərirGözlərin kim aşiqə məxmur şəklin göstərir,Əhli-fəqrə mərdümi, məğrur şəklin göstərir.
Gün üzrə ay tuluimi ya gün kəmanıdırGün üzrə ay tuluimi ya gün kəmanıdır,Ya qaşdurur bu cümləsi aşıq gümanıdır.
Poems by other poets
{| class="wikitable" style="font-size:1.0em; text-align: left;" width="80%"|-bgcolor="#D8BFD8"
HanıGecə gündüz dad-fəryad eylərəmMəni bu hicrana salan yar hanı
Vay günüGör necə dönübdür dövri-zamanə,Vay günüdür müsəlmana vay günü,
HəsəninYarə deyin bizdən qarğış almasın,Yerdə qalmaz ah-zarı Həsənin,