"Kollu koxa " povestininmüəllifi İsa Hüseynova

Ay mənim ilk beşiyim,İlk nəfəsim, ilk sözüm,İlk gecəm, İlk gündüzüm.Könlümün bu həyatlaİlk böyük qafiyəsi -Ay babamın dəyesi!..Səndən əlim çıxalıİstəmişəm həmişəSəni duyğularımınBəstəsində gizləyim.

Sən ey mənim ən ülviSaflığım, təmizliyim!Mənim duyğularımınƏn nəğməli, ən həzinPərdəsində durmusan.Toz kimi səpələnmişKövrək xatirələrdənBir aşiyan qurmusan.Sən şeirimin ilk sözü,İlhamımın mayası,Babamın beli kimiDaş-divarı əyilmişAy atamın koması!..Uçuq barılarındaKərpiclərin qum kimi.Göyərən vəhşi güllərÇığıran arzum kimi...Necə belini bükdü,Ocağını qaraltdıAmansız zaman sənin.Yeddi oğul çıxardıBir vaxt qapından sənin.Əyilsən də,durursanYenə də öz yerində.Uçanlar qayıtmadıAy babamın koması,Əlin bizə çatmadı.Sənə salam verən yox.Nə gələn, nə gedən var.İndi uçuq qapınıTıqqıldadar yağışlar.Şəhərlərə uçalıBəyənmədik biz səni.Qoymuşuq yalqız səni,Ay babamın koması –Mənim ilk nağıllarım,Meşələrdə qurtaranAy mənim ilk yollarım,Kölgəsi bənövşəli,Ay böyürtkən kollarım,Hər dərədən, təpədənMənim dəstə tutduğumAl-əlvan çiçəklərim,Lampanın dövrəsindəUçan kəpənəklərim,Hardasınız,Siz harda?Ürəyimə köçdünüz.Siz indi yaşarsınızÇığıran duyğularda...Ay rəfləri kasalı,Ay taxçalı, boxçalı,Ay bağlı,Ay bağçalı,Qoşa pəncərələrdəPərdələri saçaqlıBuxarılı,Ocaqlı,Alaca komam mənim,Balaca komam mənim.Təmiz duyğularıylaÜrəyimi, hissimiGündə bir boy ucaldanAy uca komam mənim.

Sən vermisən,Sən dedimBu ömür yollarımdaAğır duyğularımdanDaşıdığım yükü sən.Beşinci mərtəbədəYaşasam da indi mənEvimin də köküsən,Şerimin də köküsən!..

Avqust, 1970

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets