Bahar oldı gülə başladı lalə,Qılur gülşəndə bülbül yüz əlalə.

Dilü canü könül bənümlə turmazBizi səhraya qılurlar həvalə.

Həva işmam edəli gül qoxusın,Qılur bülbül nəvasına imalə.

Rəbi oldı mühərrəmdür təğafül,Susamış neçə səbr edə zülalə.

Bu bir canumı canana verürəm,Deynüz qaziyə ki, yazsun qəbalə.

Könül hərçənd ki, eşqi ilə gəldiSənün ilə gərək irə kəmalə.

Maqta — the closing couplet bearing the poet’s pen name. Günəşdən ayrılıcax ay olur bədr,Bən ayrılalı bənzədüm hilalə.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love