Üçüncü məclis
Page 2 of 3 · 33%
A x u n d. Siz mültəfit deyilsiniz!
S ə f ə r . Bir siz dayanın mən deyim! Əşhədən-laila…
A x u n d. Adə, ay heyvan, başa düş: belə bir şəhadətdən demirəm.
S ə f ə r . Ay ağa, bunun cəmisi iki dənədir. Biri kəlmeyi-şəhadət, biri də
kəlmeyi-torbə və ya ki, "rütubətdir".
A x u n d. Kəlmeyi-torbə xeyr, ona biz üləma kəlmeyi-teyyibə deyərik.
S ə f ə r . Hə… hə… tiybə… onu deyirsiniz? Onu da bilirəm. Onda heç qələtim
yoxdur.
A x u n d. Şəhadət deyirəm, hey… yəni şahidlik…
S ə f ə r . Yəni şahid götürməyə, mən kəlmeyi-tiybəmi bilirəm.
A x u n d. Baho! Siz yenə mültəfit olmadınız.
H ə m z ə. Adə, bir başa düş, gör sənə nə deyirlər.
S ə f ə r . Ay ağa, mən hamısını başa düşürəm.
H ə m z ə. Adə, belə de ki, S ə r i y y ə Q u r b a na getməyə razıdır.
S ə f ə r . O məgər kəlmeyi-şəhadətdir?
H ə m z ə. Adə, biz səndən şəhadət istəmirik, şahidlik deyirik!
S ə f ə r . Pəs A x u n d ağa şəhadət buyururdu, mən də ona şəhadət ərz edirdim.
H ə m z ə. Yox, o da şahidlik deyirdi.
S ə f ə r cavab vermir.
H ə m z ə. Adə! Burda bir çətin şey yoxdur ki, deyinən o evimizdəki qız
Qurbana getməyə razıdır. Başa düşdün?
S ə f ə r . Əlbət ki, başa düşdüm. Qanmaz deyiləm ki, şahidlik edirəm, amma
bilmirəm düzünü deyim yalanını?
A x u n d. Əlbət ki, düzünü demək lazımdır.
S ə f ə r (H ə m z əyə baxır). Axı qorxuram.
A x u n d. Qorxma, de!
S ə f ə r . Deyirəm, amma nə cür, bilmirəm.
A x u n d. Yəni çe?
S ə f ə r . Necə yəni çe?
H ə m z ə. Adə! Dəxi 36 saat ispor lazım deyil ki, bir kərrə de qız razıdır,
vəssalam!
S ə f ə r . Yəni, yəni lazım deyil. Bax, mən şahidlik edirəm ki,
S ə r i y y ə R ü s t ə mə getməyə razıdır.
A x u n d. Xeyr, siz səhv edirsiniz. R ü s t ə mə yox Qurbana…
S ə f ə r . Xeyr, cənab A x u n d, siz səhv edirsiniz, Q u r b a na yox, Rüstəmə.
H ə m z ə. Adə, biz səndən Qurban sözü soruşuruq. Cənab A x u n d, bu axmaq
oğlu axmaq lap çaşıb, danışdığını bilmir.
A x u n d. A kişi, nökər özü nədir ki, onun şahidliyi nə ola.
S ə f ər (kənara). Saqqalım yoxdur, tükü bitməyir. Saqqalım yoxdur, sözüm ötməyir. Sözün düzünü deyəndə heyvan oğlu, axmaq oğlu oluram.
H ə m z ə. Ay ağa, olmaz ki, (pul qoyur A x u n dun döşəyinin altına)
bu cənab şahidlik eləsin.
A x u n d. A kişi, nə üçün olmaz. M o l l a Möhsün! Bu cənab sizdən xahiş edir
ki, siz şəhadət edəsiniz. M o l l a Möhsün. Mən məşqülüzzuma olaram. Çünki mən heç bir şey bilmirəm
və ondan əlavə iş, deyəsən, bir az şübhəli oldu!
A x u n d. Şahid iki lazım olduğuna görə deyirəm və bir də bu boyda kişinin
yalan deməyəcəyinə əminəm, bunun atası rəhmətlik…
H ə m z ə (kənara). Xeyr a… yenə başladı əlifbeydən…
A x u n d. Allah sizin ölənlərinizə rəhmət eləsin, çox yaxşı kişi idi. Həmişə ildə
mənim üçün buğdasından, soğanından, qarpızından, lobyasından, noxudundan göndərərdi. Hər halda bu da atasına oxşayacağı yəqinimdir. Ona görə şahid sizi də
yaza bilərəm.
M o l l a Möhsün. Axı qorxuram.
A x u n d. İnşaallah heç bir şey olmaz, günahı olsa, mən zamin olaram. M o l l a Möhsün. Hərçənd qorxuramsa da, amma sizin xatiriniz üçün deyirəm.
A x u n d. A kişi, de, qorxma, babalın boynuma. M o l l a Möhsün. Mən şəhadət edirəm ki, S ə r i y y ə Qurbana getməyə
razıdır.
A x u n d. Vəssalam də! Dəxi burada bir çətin iş yoxdur. (A x u n d kağızı yazıb
tamam edəndən sonra yerə qoyub, yazının üstünə torpaq töküb H ə m z əyə verir.)
Allah-taala həzrətləri mübarək eləsin. Allah onları hər iki dünyada xoşbəxt eləsin.
Bu halda R ü s t ə m daxil olur.
R ü s t ə m. Salaməleyküm!
A x u n d. Əleyküməssalam…
H ə m z ə. Adə, Səfər, çıxar bunu bayıra…
S ə f ə r (kənara). Bəlkə yazığın bir özgə işi var, çıx bayıra, ağa deyir, çıx
bayıra, çıx!
Ç im n a z . Həyasız oğlu yapışıb yaxamıza, əl çəkməz a-a… R ü s t ə m. Çıxmıram!
S ə f ə r . Ağa, mən dedim, çıxmadı.
H ə m z ə (durur ayağa). Adə, eşitmirsən çıx bayıra!..
Bir-birini itələyirlər. M o l l a Möhsün durub onları aram edir.
M o l l a Möhsün. Otur, ay kərbəlayı, bir görək nə var! Oturun!
A x u n d. Həzərat, sakit olun, görək bu cavan nə demək istəyir. Siz nə
buyurursunuz? R ü s t ə m. Mən cənab A x u n ddan acizanə rica etmək istəyirəm ki, indi nə
işlə məşğul olduqlarını bəndəyə buyursunlar.
H ə m z ə Sənə nə borcdur? Sən kimsən?
S ə f ə r . Zalım oğlu elə bil ki, asmatordur.
A x u n d. Həzərat, aram olun. (R ü s t ə mə.) Nikah əqd edirdik. R ü s t ə m. Kimlərin nikahını?
A x u n d. S ə r i y y ə ilə Q u r b a nın! R ü s t ə m. Aya, mənkuhə qızdan sual edib, rəyin bilib, razılığına əmin
oldunuz?
A x u n d. Bəli, razılıq aldım! R ü s t ə m. Bəs mənkuhə qız haradadır?
A x u n d. Qız qaibdir. Lakin ərz olsun, iki nəfər adil şəxs şahidlik edirlər ki,
bəs qız razıdır.
R ü s t ə m. Yaxşı, şahidlər kimdir?
A x u n d. Bu ağa ilə bu xanım. (M o l l a Möhsün ilə Çimnazı nişan verir.) R ü s t ə m (M o l l a Möhsünə). Cənab, siz bilirsiniz ki, Səriyyə Qurbana
getməyə razıdır? M o l l a Möhsün. Hə… yox… hə… Xeyr, bilmirəm… R ü s t ə m. Cənab A x u n d! Hansı dinin fitvasınca mənkuhə qızın özündən
razılıq almamış nikah icra edirsiniz?..
A x u n d. Anası şəhadət etdi, biz də nikah kəsdik! R ü s t ə m. Anası yalan deyir, bu nikaha qız razı deyil!
S ə f ə r (kənara). Mən də dedim razı deyil, amma A x u n d kəllə qəndin
xatirəsi üçün heç mənə qulaq da asmadı.
A x u n d. Siz nə danışırsınız? Ana heç vaxt qızının pisliyini istəməz. R ü s t ə m. Mən ərz elədim ki, qız razı deyil və təvəqqə edirəm ki, qızın özünü
çağırıb soruşasınız və həmin nikahnaməni pozun!
A x u n d. Mən heç vaxt nikahnaməni pozmaram və qızı da tələb etməyə
ehtiyacım yoxdur.
Kitabxana.az · https://kitabxana.az/en/works/cabbarli-vefali-seriyye-ucuncu-meclis
Use ← → keys to move, R for a random poem
More by this author
Dünən, nisanın 23-də Türk Tənqid-Təbliğ Teatrının baş rejissoru Vladimir Aleksandroviç Uğryumi (Kasabov) vəfat etmişdir.Uğryumi 1883-cü ildə Bakıda təvəllüd etmiş və Bakıda Birinci Gimnaziyanı bitirdikdən sonra, Odessada Novorusiya darülfünununun hüquq şöbəsini bitirmişdir. Hələ gimnaziyada oxuyurkən, səhnə ilə uğraşmağa, sonradan tələbə ikən Odessa teatrında çalışmağa başlamışdır.
Türk teatr məktəbi1Məktəbin açılışı və onu doğuran səbəblər
Haruna cavabMöhtərəm “Yeni fikir” qəzetinin 1282-ci il sayında möhtərəm (Harun) yoldaş “Hamlet”in türkcə tərcüməsinə bir tənqid yazmışdır. Tənqid Şekspirin böyüklüyü, hər sözün əhəmiyyəti olduğu və tərcümənin düzgün olması lüzumu haqqında adi ümumi sözlərdən, çağırılmış bayatılardan və moizələrdən başlanır və tərcümənin “cinayət” sanılacaq qədər yaramaz olmasını qeyd ilə Azərnəşrə uzun təqsirnamələr oxumasilə bitir.Tənqid ədəbi-elmi mahiyyətdə olsa idi, biz “Hamlet”i nasıl düşündüyümüzü məmnuniyyətlə söylərdik. Lakin... dəyməz. Tərcümənin yaxşı, ya yaman olmasından da bəhs etmək istəmirik. Burası bizim vəzifəmiz deyildir. Cəmiyyətimizdə görülmüş işi qiymətləndirə biləcək adamlar çox çoxdur. Yalnız bir neçə cəhəti aydınlaşdırmaq lazımdır. “Hamlet” səhnə əsəri olduğundan onu rusca Polevoyun tərcüməsindən çevirdik. Çünki Polevoyun tərcüməsi təhtülləfz olmasa da, səhnə üçün ən müvəffəqiyyətli və münasibdir.
Türkoloji qurultay və sərf-nəhv məsələsiFevralın 26-da açılacaq Türkoloji qurultayı bu vaxtadək həll edilməmiş bir çox türkoloji məsələlərini aydınlaşdıracağı kimi, ötədən bəri bir mübahisə və çəkişmə nöqtəsi olan türkcə sərf-nəhv məsələsini də müzakirə edəcəkdir. Bu vaxta qədər başlıca olaraq Türkiyədə düzəlmiş və çıxarılmış bir çox sərf-nəhv kitabları vardır. Bu məsələ ilə digər bir çox xarici alimlər də uğraşmışlardır. Fəqət bu gün türk dilinin özünə, dilin xüsusiyyətlərinə istinadən yazılmış bir sərf-nəhv kitabın olmaması və yazılanların da həpsinin dəniləcək dərəcədə ərəb və Avropa dilləri əsası ilə yazılması mövcud sərf-nəhvin türk dili üçün yaramaz olduğunu göstəriyor. Və buna görədir ki, bir çoxları – “Türk dilinin sərf-nəhvi yoxdür” kimi boş iddialardan çəkinməyirlər. Türkoloji qurultayı isə bu məsələni müzakirə edərkən yalnız əsası yollar göstərəcəkdir. Bu əsasi yollar ilə çalışmaq və yalnız türk dilinin xüsusiyyətlərini nəzərə alaraq mükəmməl bir sərf-nəhv düzəltmək işi yenə də bizim öz öhdəmizdə qalacaqdır.Dilimizin ahəng üsulu, incəlməyə doğru yürüşü başqa dillərdə olmayan və yalnız türk dilinə məxsus olan xüsusiyyətləri bu gün bizdən böyük tətəbbüat və əməklər tələb edir. Dilimiz araşdırılmalı, tabe olduğu qanunlar bulunub ortaya çıxarılmalı və müntəz bir hala salınmalıdır.