Zühur eyləmişəm…
Şer üçün öz-özümü çoxdanƏsr eyləmişəm…Balaca iş masamıQələ qəsr eyləmişəm…Çəkmişəm duyğuların dağdanAğır dağ yükünü,Düşmüşəm misralar ardıncaQərib ahu kimi,Doğuluğ qafiəmin hər biriBir ağı kimi,Bu ilahi işə mən ömrümüHəsr eyləmişəm…Keyf-damağ, ya da ki, əyləncəNədir bilməmişəm.Dincliyin heç dadı, rəngiNecədir bilməmişəm.Bəzən heç çöldə ya gündüzGecədir bilməmişəm.Beytimin abu-havasınıFəsil eyləmişəm…
Könlüm öz yurdumu cövlanEdib seyrə çıxıb,Xeyri niyyət eyləyəndəNiyyətim xeyrə çıxıb.Nə zaman ki,yolumun üstünə,Bir Leyli çıxıb,O günü allaha yüz dəfəNəzir eyləmişəm…Yoğrulub ilham ilə ruhum,Hüceyrəm, əzələm.Şer Leylim yeridir adımaMəcnun desələr,Toxunanda əlimə cansız, ölü,Ya soyuq əl,Cumub evdə o günü xeyliQüsl eyləmişəm…İlhamım lal olan vaxtıHalım olmayıb heç,Bircə an, bircə dəqiqə,Qərarım olmayıb heç,Qəlbimdən savayı özgəVarım olmayıb heç.Bax, onun tişəsini almaz,Qızıl eyləmişəm…Dənilər var yağıblar özünə,Mən isə söz,Qaş-daşım, ləli-brilyantımOlub tər-təzə söz.Gəlməz heç qiymətə, heç ölçüyəHeç bir təzə söz,Bax, o sərvət ilə el qəlbinəYol eyləmişəm…Beləcə çoxlu on illərVə yüz illər ötəcək,Qalacaqdır əməlim daima,Canlı diri tək,Təzədən birdə bu dünyayaZühur eyləmişəm…
1994.
Kitabxana.az · https://kitabxana.az/en/works/cabir-novruz-zuhur-eylemisem
Use ← → keys to move, R for a random poem