Əvvəl-əvvəl dünya bütöv bir ev imiş…
Dünya əvvəl sonsuz nəhəng bir ev imiş,Zaman-zaman neçə yerə parçalanıb…Yarananda yer kürəsi bütöv imiş,Əvvəl-əvvəl qitələrə parçalanıb…
Sonra isə qütblərə, bölgələrə,Sonra olub yarısı su, yarı quru…Sonra isə ayırıblar ölkələrə,Bütövlüyü sönüb, solub edib qürub…
Sonra isə yaranıbdır qəbilələr,Peyda olub sonra dinlər, etiqadlar…Sonra dillər aralığa çəkib çəpər,Rəvac tapıb məmləkətlər neçə adda…
Millət adı heç olmayıbdır onda hələ,Sonra isə millətbazlar düşüb dəbə…Çox xəbislər doğulmayıb onda hələ,Aralığa ki, bic, haram toxum səpə…
Parçalanmaq ərzin köhnə mərəzidir,Əvvəl yoxmuş varlıları, kasıbları…Əvvəl olub ağası bir, köləsi bir,Eyni olub qayğıları, əzabları…
Əvvəl kökü eyni olub insanlığın,Para-para eləyiblər sonra onu…Şah-xaqanlar qan üstündə taxta çıxıb,Başlayıbdır çətin günü, qara günü…
Başlayıbdır dava-dalaş, ölüm, edam,Zülmə qarşı üsyan edib qara qullar.Sonra sərhəd məftilləri olub peyda,Bağlanıbdar gedən yollar, gələn yollar…
Xain əllər çəkib xətti, qoyub mərzi,Sərhədçilər yol kəsiblər addım başı…Sonra altun xəstəliyi sarıb ərzi,O xəstəlik gündən- günə quduzlaşır…
Milyonerlər bir-birini marıtlayıb,Padşahlar bir-birindən şübhələnib…Kütlələri düyü kimi arıtlayıb,Ayırıblar rəqiblərə, cəbhələrə…
Başlayıbdır kin, ədavət, düşmənçilik…Kəşf olunub say-hesabsız silah növü…Dünya olub parça-parça, deşik-deşik,Adam dönüb canavara adam yeyib…
Bir balaca məmləkətdir Azərbaycan,Gör, onu da neçə yerə bölüşüblər.Burdan ruslar udub onu, ordan İran,İndi isə erməniylə bölüşürlər.
Yerdən insan, göydən fələk alov tökür,Yaşayırıq yana-yana, ölə-ölə…Ərzi elə tikə-tikə ediblər ki,Birləşdirə bilməz Allah özü gələ.
O hələ çox dağılacaq, söküləcək,Gəzir atom kabusları başı üstə…Dünya əvvəl bir ev imiş, vaxt gələcək,Heç daşı da qalmayacaq daşı üstə…
Kitabxana.az · https://kitabxana.az/en/works/cabir-novruz-evvel-evvel-dunya-butov-bir-ev-imis
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
Fələk heç kimsəni, yarəb, nigəran eyləməsin,Heç kimi mayili-bir sərvi-rəvan eyləməsin,
Bu gecəDöndü murad üzrə fələkDövran bizimdir bu gecə
Gəraylı: Ey saqi, dolana-dolanaEy saqi, dolana-dolana,Dolduruver müştaq olana,
Naz et, dedim gözələ, işvələr azdırNaz et, dedim gözələ, işvələr azdır,Baş açmadım oynundan onun, bu nə nazdır?