Page 2 of 6 · 17%

2

Naxçıvanda. Səmahətli və fəzilətli əfəndim Məşədi Qurbanəli ağa Şərifov damə iqbaləhu həzrətlərinə vüsul olacaq bir məktub.

Dərsəadət.

26 şə’ban 1324 mütabiq 2 təşrini-əvvəl, yaxud oktyabr 1906

Əsalətli əfəndim həzrətləri!

Ümüdvarım ki, Naxçıvanın əhvali-hazirəsi rifahiyyət və əmniyyət üzrə olub vücudiməs’udunuz səhhət və e’tidal ilə bərdavamdır.

Kim halımı soruşsa, bir-bir dualarımı çatdır (farsca).

Mə’zirəti-məxsusə: zati-alilərinizdən şu məktubun səhvü nisyan və qələtatitəhəkkümisindən sərfi-nəzər edib əfv buyurmağınızı rica ediyorum.

Bəyani-hal və şərhi-əhval: mərhəmətli əfəndim! Əgərçi kəndimə dair xüsusi əhvalatımı İstanbula varid olan kibi hüzuri-mərhəmət zühurunuza müfəssələn yazıb təqdim etmişdim və ondan daha şimdiyə kibi hənuz cəvab da almamışım; zati-alilərinizin kəsrəti-məşğələsindən naşi imiş, yaxud nədən nəş’ət etmişsə, eyicə fərqinə varamıyorum.

Ancaq bəndəniz yenə müsamihə etməyib mücəddədən müzahimievqati-şərifə oluyorum.

Nasıl ki, iləricə mə’ruzi-xidmət olunmuşdu, İstanbula varid olan kibi hiç bir yerə aşina olmadığımdan, əvvəlcə “İzmir” otelində on, on iki gün iqamət edib qafqasyalı qardaşlarımız ilə buluşub tapışdıqdan sonra mükəmməl surətdə İstanbulun bə’zi yerlərini səyahət edib layiqincə bir parça mə’lumat aldıq; amma oteldə və s. apartmanlarda olan arqadaşlarımızda bir parça bə’zi sıqıntılar mülahizə edib, Validəxanda bir oda kəsrətiməşəqqətlə icarə edib ələ gətirdim, çünki Validəxanda sakin olanlar həp əcəmlər, iranlılar olduğundan devlət nəzərində o qədər mütənabeh deyil, amma dışarılarda olan arqadaşların mənzillərində bir qəzetə, yaxud istiqlala dair bər’əks bir söz oquması və qonuşulması həp məmnu olub artıcaq mühalətdandır. Belə ki, müşarileyhimdən hiç biri istiqlal ziddinə dair bir mətləbin oquyub yazmasına iqdam edəməyorlar və yenə edəməzlər, amma Validəxan və qarşıki İstanbulun ötə tərəfinə, yə’ni köprünün o biri səmtinə təsmiyə olunur, “kürr və hürrdür”, bə’zi quyudat və can sıqıntısından azaddır.

Validəxanda iranlılıq nöqteyi-nəzərincə və qarşıda əcnəbilər sakin olduğu cəhətə, amma hər bir əhraranə qəzetələr gətirmək əcnəbi postaları təvəssütü ilə pək qolay və pək asandır. Odur ki, şimdi qafqasyalıların və qazanlıların çoqusu qarşıda və bir-ikisi də Validəxanda və civarında oluyor. Fəlihaza fədəvi də müəllimin Validəxanına yaqın olduğundan, Validəxanını kəndimə məskən etdim...

Amma mədəniyyətimiz və təhsilimiz:

Rəbiüs-saninin əvvəlindən bəndəniz dərs və təhsilə şüru edib gündə bir saət fransızca və iki saət də türk lisanında bə’zi ədəbiyyat və tarixə dair elmlərdən oxuyorum və üç-dört saət də gündə məzkur dərsləri hazırlamağa məşğul oluyorum. Əlhasil, başqa bir şüğl və iş yapmağa daha vaqtım olmıyor. Həftədə ancaq cümə günü ki, tə’til edib, istehmam və qeyri bir ləvazimatı ələ gətirib dört-beş saət də arqadaşlarımız qafqasyalıların məiyyətilə Boğaz içinə və bə’zi hissiyyat artıran yerlərə gedib bir nev təğyiri-hava ediyoruz və Validəxanında bir qaç Iran tələbələrilə şərakətən “Həblül-mətin” gətirdiriz və “İrşad” da Mirzə Abdullaha gəliyor. Qafqasın möhnətəngiz xəbərlərini oquduqda pərişanhal olmağı nəzərə alıb, bə’zi sıqıntıları rəf’ etmək için “Molla Nəsrəddin” əmiyə də yazdım ki, qış gecələrindən ötrü fəna deyil deyə, bir müddət Rusiyanın İstanbuldakı postasına yollasınlar.

Müxtəsər, tuli kəlama mübtəla olmuyalım. Hər dürlü xaricə qəzetələrində olan əhvalatlardan hər gün mə’lumat alıyoruz və cümə günlərində də bə’zi qiraətxanalarda, gah-gah da Kütübxaneyi-ÜmumiyiOsmanidə bir qaç saət əyləşib, əhvali-daxiliyyəyi layiqincə mülahizə ediyoruz. Əlhasil, bekar və asudə bir vaxt bulamıyorum ki, həm zatialilərinizə, həm də əhbabdan bə’zisinə bər səbili-ixtisas və iradət ərizənigar olub, lüzumunca izhari-həyat edəyim. Ümidvarım ki, həpsi elm təhsilini başqa bir məhəbbət və məvəddətə tərcih verib, daini mə’füvv buyuralar. Miriş ağa der ki: “Söz çoq, vaqt yoq”. Nə yapalım?! Naxçıvanda təhsil edib məktəbdən qurtarandan sonra müddətlərcə fevt etdiyim fürsətlərin və vaqtların təlafiyi-mafatına burada çalışmalıyım. “Mala yədriku vəla yətrik külləhu”. Məzmununca mümkün olduğu qədər bə’zi əvalimi dərk edib anlamağa və lüzumunca aşina olmağa məcburum; keçdi cəhalət zamanı!.. Gəldi hürriyyət zamanı...

Bahəmeyi-in şu müddətləri fevt etməyimə yenə bais gözlərimin bir parça zəif olmasıydı ki, əlhəmd İstanbula yetişən kibi “Ziya əfəndi ki, Almaniyanın göz dokturluğunun məktəbini ən birinci imtiyaz ilə bitirmiş diplomantlarındandır” yanına gedib, gözümü göstərdim. Bir dava və ilac verib, sonra bir gözlük nömrəsi yazdı ki, arayıb İstanbulda bulamadım. Parisə yollayıb on dört gündən sonra aldım. Şimdi onun vasitəsilə bu səadətə müvəffəq oldum. Əgərçi bu xüsusda üç lirə məsrəf qoydum, amma, şükür gecə-gündüz təhsili-elmə lap eyicə dəvam edə biliyorum...

...Boğaz içinin havası pək lətif olduğundan, Qara dənizə qarışana kibi həp gözəl-gözəl köylər və seyfiyyələr tə’min etmişlər və altmışa qədər şirkət vaporu, amma ufaq vaporlar ki, ancaq 500 adama havi ola bilir, məhəllə vaporu ismilə və ucuz fiyatla minikləri şurayaburaya

Hamısını dərk edə bilməsən də hamısını tərk etmə (ərəbcə).

taşımaqdadırlar, keçən gün “Iqdam”da oqudum ki, yenə iki böyük və çoq iti yol gedən vaporlar gəlmiş, biri “Tiri-müjgan” və digəri “Feyzialəm” ismində ki, Bəhri-Səfiddə qullanmalıdırlar. İstanbulda var dört tramvay yolu ki, hər birində 24-ə qədər vaqon oluyor, qarşıda köprünün o biri tərəfində daha bir tunel yolu vardır ki, on dəqiqəyə qədər yenişdən yoquşa qalqıyor. İstanbulda çox böyük qiraətxanə və kütübxanalar var, amma layiqlərincə kitabları və qəzetələri yoqdur, çünki hər bir eyi mündəricat və mətbuat yasaqdır. Böylə anlaşılır ki, dörtbeş sənə bundan əqdəm Türkiyədə hürr əsərlər var imiş və camaata da belə dəhşətli surətdə sıqı tutulmazmış, ələlxüsus KütübxaneyiÜmumiyi-

Osmaninin bir tərəfində yedi-səkiz sandığa kibi kitab vardır ki, beş sənə bundan əqdəm yasaq və məmnu deyilmiş, amma şimdi yasaq olmuş...

...İstanbulda mütəəddid və gunagun teatrolar var; ələlxüsus ramazanda büsbütün kəsəbə və çoq əsnafın dükanları gecələr açıq olub, məfhum olduğuna görə, teatrolar daha ziyadələşir və türklər də o gecələrdə teatroya getməyə artıcaq talib və rağib oluyorlar. Qarşıda kı, köprünün o biri tərəfidir və səkənəsinin də çoqusu əcnəbi olduğundan içkiyə əcnəbilərə mümaniət yoq, ama müsəlmanlara həp yasaqdır, kimsə ələzzahir içki içəməz. Amma İstanbulun bu biri nisfində ki, peyğəmbərin əbası, əmmaməsi və sancaği-şərif və sair mütəbərrikə şeylər oluyor, hiç bir tanə dükanda açıq içki satılamaz və bu biri tərəfdə o şeylər səbəbilə qarşıdan devlət və camaat indində möhtərəm və əzəmətli məhsub olunur, böylə ki, kərrat süfəra və konsullardan bu səmtdə sakin olmağa talib olublarsa da, devlət kimsəyə izn verməmiş.

Kart vərəq bil’ümum yasaqdır... Ünas firqəsi, büsbütün xanımlar üzüaçıq və hürrdürlər, amma namünasib bir şey yapamazlar. Xilafişər’, bir iş nəş’ət ediyorsa, devlət çoq sıqı tutuyor. Amma bə’zilərinin də müxtəsər bir yüz örtüyü vardır. Türkiyədə muzey sənətinə tərəqqi verməyə çox təlaş və sə’y olunur. Keçən günlərdə bir teatroya getmişdik.

İran hüriyyətxahlarının fransızca şəbehini çıqarırlardı. İstanbulda dəbistani-iraniyan olduğu kibi, Trabzonda da olub, İzmirdə də yeni bu günlərdə müşiri-hüzur təvəssütü ilə tə’sis olundu...

...Gecə yarısıdır. Əfəndim, ibarələrin yekdigərindən birəbt olmasını əfv ediniz. Daha vaqt qalmadı. Səlame-mən bə anan ki, bəhəqq təkəllüm gərdənd, bəhəqq qoftənd, bəhəqq xoftənd. Əbdüləziz əfəndiyə bəndən məxsusi səlam. Xudahafiz. Əgərçi bə’zi sözləri yazmağa yer qalmadı, amma nə yapayım?! Daha vicdanımda halət və vaqtda da müsaidət yoqdur. Yenə xudahafiz.

Hüseyn Rasizadə Naxçıvani. İstanbul

3

Naxçıvanda. Mə’rifətli, mərhəmətli və tə’rifə sığmaz Məşədi Qurbanəli ağa Şərifov cənablarına çatacaqdır (müvəffəqiyyətləri daha artıq və mərhəməti daha daimi olsun.

2 rəməzan 1324, mütabiq 16 təşrini-əvvəl oktyabr 1906.

Ruhum fədası olduğu cəvahir! Birinci, ümid edirəm ki, Naxçıvanın indiki vəziyyəti rifah və əminamanlıqdır. Sizin yüksək dərəcədə bəxtiyar varlığınız da sağlam və səlamətdir. İkinci, qısaca o böyük Ağanın nəzərinə çatdırıram ki, keçən həftə hörmətli cənabınıza məktub yazıb, imkan daxilində geniş mə’lumat vermişəm və yenidən başınızı ağrıtmağa ehtiyac yoxdur. Lakin nə deyim ki, deməməyim daha yaxşıdır.

Bu gün naxçıvanlılardan bir-birinin ardınca iki məktub Şeyx Məhəmməd ağadan və gözümün işığı Əlirzadan aldım. Birinci məktubu oxuyub sevindim. İkinci məktubun məzmunundan isə kədər dəryasına cumdum. Əlirzanın məktubu onun təəssüflü əhvalını bildirirdi. Ürəyim kəbab oldu, əhvalım iztirabla doldu. Mən İstanbul səfəri fikrinə düşdükdə cənabınıza bildirdim. Siz də məni bu işə təşviq etdiniz. Sonra isə anamın halını düşünüb məndən ayrı qaldıqca halı necə olacağını təsəvvürünüzə gətirdiniz və yenə getməyimi məsləhət bildiniz. İndi Sizin mərhəmətinizdən ürəyim istədiyi kimi arzularıma nail olmuşam. Lakin!.. Lakin məni asudə öz halıma qoysalar:

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets