Beş dəqiqə
Page 3 of 3 · 67%
IX
Mahmud guya yuxudan ayıldı; halını aşkar bir surətdə təsəvvür etməyə başladı və özünü talesiz gördü. Yadına düşdü ki, o, səlamət uşaq atası ola bilməz, çünki azarlıdır. Beş il evlənə bilməz... Evlənmək dursun kənarda, bu azardan divanə olub çöllərə düşə bilər, falic olar... Qəm tüstüsü damağına çökdü. Durub otaqda o başbu başa gəzinməyə başladı. Min dəfələrlə hafizəsində ehya edən kimi, yenə o mənhusgecəni yad etdi. Tutduğu əməlinin səbəbini yenə təkrar özündən soruşmağa başladı. İnana bilmədi. Guya o gecəki hadisə bir ayrı yerdə və bir kənar şəxslə üz verib. Gözü görə-görə özünü uçuruma atmaq Mahmudun xasiyyətinə yaraşmırdı...
Bir də durdu, fikirləşdi: ikicə kəlmə söz məni hifz edə bilərdi, fövt olmaqdan xilas edərdi. Bu iki kəlməni qız deməli idi. “Mən azarlıyam” cümləsi qulağıma çatsa idi, ağlım nəfs sərxoşluğundan ayılardı...
Qız “iki kəlməni” söyləməmişdi; yalançı həya onun da insafını zəncirləmişdi. Bir də Mahmudun ağlına yetişdi ki, qulluqçunu çağırıb “iki kəlmə” barəsində ona sual versin. Guya bu sualdan sonra Mahmudun yaraları məlhəm tapacaq idi.
Yeridi qapıya tərəf. Dayandı. Fikrini dəyişdi.
X
Qol və qılçaları açıq, səlamət və təmiz balalar bağda oynayırdılar. Qum və çınqıllardan yollar salırdılar. Tez-tez yüyürürdülər mürəbbilərinin yanına, müvəffəqiyyətlərini şad bir dillə nağıl eləyib, yenə işə məşğul olurdular. Kimi qum daşıyırdı, kimi at-at oynayırdı. İrilixırdalı hərənin başı bir oyuna qarışmış idi. Bunlar öz uşaqlıq aləmində belə asudə idilər, belə xoşbəxt idilər.
Mirzə Mahmud skamyada oturub meydançada oynayan balalara tamaşa eləyirdi. Gül rəngli, lətif hərəkətli, pak aləmli çocuqlar onu düşündürürdü: “Pak balalar, – Mahmud öz-özünə deyirdi, – napaklar üçün aydın bir güzgüdür. Orada onların əxlaq düşgünlüyü görünür”.
Mahmud hər balanın gərdişinə diqqət eləyirdi və hər yerdə öz dərdli halından savayı bir şey görmürdü. Balalar salamat idi. Mahmud yox; onlar şad və qeydsiz idi. Mahmud yox; onlar həm cismən, həm ruhən təmiz idilər, Mahmud cismən murdar, ruhən sıxılmış və əzilmiş idi. Gözəl ağacların kölgəsində, həyat səpən günəşin işığında ikicə aləm bir-biri ilə qabaq-qarşı durmuşdular. Birinin bağçasında cavan ağaclar çiçək açıb gözəl meyvələr hasil etməyi vəd edirdi. O birinin bağçasını şaxta vurmuşdu, yarpaqlar yanıb, şah budağa yapışmışdı...
XI
Mahmud bağdan tələsmiş bir halda qayıtdı. Papağını çıxardıb, çarpayının üstə atdı. Masanın yanına gəlib, qələmi əlinə götürdü, yazdı: “Dirilikdən ləzzət görmədim. Rahatlığa gedirəm. Mənim ölümümdə heç kəsi müqəssir tutmamalıdır”.
Məlfufəni masanın üstünə qoyub durdu. Bu dəqiqələr Mirzə Mahmud üçün ən ağır, ən şədid dəqiqələr idi. Susuz bir biyabanda yol itirmiş kimi onun əlacı hər bir yerdən üzülmüşdü; ümidi diriliyin ətəyindən kəsilmişdi. Bu böyük müşküldən çıxmağa bir yol var idi, o da intihar. İntihar ona belə cazibəli, belə nicatverici görünürdü ki, qucağına sıçramağı bəxtəvərlik sanırdı.
Çarpayının üstə oturub, tapancanı qovzadı. Lüləsini alnına dayadı.
Bir dəqiqəliyə fikir onu götürdü. Bir də aram tapdı və tapancanı yastığının altına qoydu. Xatiri fövrən möhkəmləndi. Dəftərini götürüb yazdı: “İntihar acizlər üçün nicat yoludur. Günahın cəzası ölümdə yox, dirilikdədir. Bir dəfə günah elədim, min dəfə əzab çəkməliyəm – qəvi ruhlular şüarı belədir! Yaşamaq lazımdır və talesizliklə insanlara tale qapısı göstərməlidir”.
Kitabxana.az · https://kitabxana.az/en/works/cemenzeminli-bes-deqiqe
Use ← → keys to move, R for a random poem
More by this author
Yarımişıq bir otaqda çarpayıdan on altı-on yeddi yaşlarında bir arvad qalxdı. Zarıldaya-zarıldaya çırağa doğru gedib, işığını çoxaltdı və sonra həyətə tərəf pəncərədən zəif və sızıltılı bir səslə çağırdı:– Sənəm bacı, ay Sənəm bacı. Ay qız, vallah, ölürəm, bircə gəl!
Yuxu– Get yat, bədbəxt fəqir! Sənin dərdin məni lap çərlədib! – deyə ana, qızı Fatmanın arxasınca zənn ilə baxıb, başını mütəkkəyə söykədi:– Get, yat, aşıb daşmış fəqir! Hamı ərə gedib, ev-eşik sahibi oldu, bircə sənin bəxtin bağlandı. Döşün-başın çıxıb, ata dönmüsən!..
MərsiyəxanPəncərədən düşən işıqdan məsciddəkilərin başları işıldayırdı. Möminlər börklərini yerə qoyub, yaşlı gözlərini mərsiyəxana dikmişdilər. Mərsiyəxan bir də bir neçə nərə çəkib, tutqun səsi ilə çığırdı:– Hələ çox ağlayacaqsan! Gərək gözləriyin təvşehi kəsilə!
Yeni bir aləmHəsən çəkməsini ayağından dərin bir iztirabla çıxardıb, altına diqqətlə baxmağa başladı: gönü daş tamam aparmışdı; daban da əldən düşmüşdü.Həsən çəkməni o biri üzünə çevirdi: üst tərəf də vecdən çıxmışdı; neçə yerdən çatlamışdı.
Poems by other poets
Vurulur meydanda sinci-dəf,Vurulur meydanda sinci-dəf,
Nəfəs: İlahi, neyləsin, nətsinİlahi, neyləsin, nətsinKönül sənsiz qərar etməz
Könlüm yenə bülbül kimi şeydayi-vətəndirKönlüm yenə bülbül kimi şeydayi-vətəndir,Məcnun edən aşiqləri Leylayi-vətəndir.
ƏrizəEy Cavanşir mülkünə sultan, baüzzü vüqarCanişin Hacıbəy Sultan, cənab Şahmar