Bir cavanın dəftəri
Page 3 of 9 · 22%
Ürəkdən danışmaz, gülməz, əylənməz, hər şeydən qorxardım.
Atam məni tez-tez döyər, taleyim belədir, – deyə etiraz etməzdim.
Yalnız ata deyil, çocuqları hər kəs döyər.
İyun
Şəhərimizdə on yeddi məhəllə var, hər məhəllənin bir məscidi və xüsusi həyatı var. Bir məhəllənin çocuğu o birisinə getdimi döyərlər. Bu adətdir. Ən gözəl tərbiyə çocuğu həyət hasarından kənara buraxmamaq idi. Mən də belə böyüdüm. Yoldaş yox, oyuncaq yox, bizimləməşğul olan yox. Ətrafımdakılara bir sual verdikdə:
– Az danış, başım getdi, – deyə cavab alardım. Çocuqluq şərəfim qırılar, daxili aləmimə çəkilib mənəvi yaralarımı qəmlə bəslərdim.
Yadımdadır, bir dəfə bir araba qayırıb qarda gizlicə sürüşdüm. Şalvarımın arxası yaş olmuşdu – bu, sirrimi açdı. Məni bol döydülər, arabamı da sındırıb, dəmir sobada yandırdılar. Arabadan sonra bir həftə yasa batdım, xəlvət guşələrə çəkilib gizli-gizli ağlardım, Beləcə, ətrafın zorbalıqları, vəhşəti, istibdadı qəlbimin şüşəsini sındırdı. Qəlbimdə daimi bir yaram var. Hər bir acı söz, acı rəftar ona toxunar, nalələr qoparar.
2 həziran. Sabah ertə hambal gəldi, şeylərimi götürdü ki, karvansaraya aparıb faytona qoysun – tək səbir gəldi. Şeyləri alıb hambalı yola saldılar ki, tək səbirdən sonra səfərə çıxmaq olmaz. Səbrin səfərə dəxli olmadığını anlatmağa qalxışdımsa da, bir nəticə vermədi. Atam-anam çəkilib işlərinə getdilər, mən də bu avamların dərdini qəlbimə doldurub odlandım.
Bu axşam heç yerə getmirəm. Gülşəni dağılmış bülbül kimi pərişanam. Fəğan etmək istərdim, lakin fəğanımı dinləməyə müstəid bir adam varmı? Təkcəyəm, kimsəsizəm, fəğanım da təkcədir. Yeganə yoldaşım, bircə sirdaşım dəftərimdir. Indi pəjmürdə halımla onun qarşısında durmuşam. Kirpiklərim göz yaşlarımı saxlamağa acizdir. Budur, odlu bir damcı əlimin üstünə düşdü, o birisi dəftərimi islatdı. Ağlayıram, bəli acizəm, zəifəm. Bu göz yaşlarımdan bir düzüm yapıb səadət ilahəsinin gərdənindən assaydım da.
Ev pərişan, dava-dalaş, deyişmə, qarğış. Atam anamı döyür, anam da acığını qızlardan alır. Bu bədbəxt məxluqa qarşı yapılan zülmü gördükdə, insan dəli olmaq istəyir.
Bu qaranlıq məhbəsdən çıxdıqda bundan daha da qaranlıq küçəyə düşürəm. Vəhşi kişilər gözləri ilə məni yeyirlər. Fəna komplimentlərindən qızarıram, çaşıram, özümü itirirəm. Yenə xaraba evə dönürəm.
Ev pozuq, küçə pozuq, əcnəbilər arasında bizə yer yox. Məktəb bunlardan da xarab: dinirsən, “tatarskaya lapatka” deyə başına çırpırlar. Tarix dərsi də ki, bir şərəf əzabı – hər sətri xalqımıza və keçmişimizə bir tənə və istehza...
“Dərd çox, həmdərd yox, düşmən qəvi, tale zəbun”.
3 həziran. Xoruzbeçələrin banlayışı sanki yeni bir aləmdən xəbər verirdi. Xumarlanan gözlərim alaqaranlığı süzür, məstliyində davam edirdi. Xoruzlar təkrar banlaşır, məni yuxudan ayıldırdılar. Dan ulduzu sönük şüaları ilə gözümə çarpdı, təbəssümlər göndərən kimi oldu. Cəld geyinib bağçaya endim. Quyudan su çəkib üzümə vurdum, ayıldım. Gözəl bağçam dərin bir sükuta dalmışdı. Yüzlərcə bakir libaslı qönçələr günəşin yaldızlı şüasını gözləməkdə idi, zanbaqlar məğrur başlarını yüksəldərək səf çəkmişdilər, məni görcək təzim edən kimi titrəşdilər, rəngarəng pərvanələr həzarbutaların ətrafına fırlanaraq rayihədən məst olmuşdular... Əlimdə bel əlvan çiçəklərin arasından keçərək, hər yeri yoxladım: alaqları dartıb atdım, kolların diblərini qazıb boşaltdım, quru budaqları qayçılayıb atdım.
Günəş göründü, bağçaya zər səpildi, ətrafı süsləyən şeh inciləri minbir rəng çaldı, çiçəklər nəşələr saçdı, altun qanadlı pərvanələr və arılar mizrabı simlərə vurar kimi güllüyü lətif təranələrlə doldurdular.
Belə söykənib bağçanı heyrətlə seyr edirdim. Ürəyim birdən sıxıldı, qərib hisslər duydum: acı bir nəşə qəlbimi yaraladı... Sinanın gözəl siması çiçəklər arasından yüksəlib gözlərimi əsir etdi...
Tam bir il (əsrlərcə uzun sürən bir il) əvvəl idi. Sinanı ilk dəfə görmüşdüm. Uzun boyu, al yanağı, qara atlaz saçları, xoş baxışı hala gözlərimin qarşısında cilvələnir. Onu görməmişdən əvvəl yuxusuz gecələr bilməzdim, qəlbimi viran etdi. Ilk dəfə olaraq yeni həyat üçün ayıldım.
Kefim yoxdur, yaza bilmirəm. Sonu sabaha qalsın.
Qızılı ya gümüşü, parlaq
Hələ də, indi də
4 həziran. Çar hökuməti erməni kilsəsinə məxsus əmlakı almışdı. Bizim vəqf əmlakı da alınmış və indiyə qədər geri verilməmiş – bizimlə hesablaşan kimdir ki? Rusiyanın rus-yapon müharibəsi və inqilab kimi çətinliklərindən istifadə edərək daşnaq firqəsi terrora başladı: günün günorta çağı hökumət məmurlarını küçələrdə öldürməyə başladılar. Şuşada da az adam qırmadılar. Şəhərə əsgər gəldi, idareyiürfiyyə elan olundu. Sina gələn kazak zabitlərindən birinin qızı idi. Osetin idilər. Ona ilk dəfə balkonda rast gəldim. Bu kifayət idi. O gündən etibarən o cazibəli sima varlığıma hakim kəsildi. Hər gün neçə dəfə balkonun altından keçər, onu görmək istərdim, bir gün görməsəm, dəli kimi olardım. Mənim üçün ən məsud dəqiqələr balkonun altında keçirdiklərim olurdu. Başqa vaxtlarım əzabdan ibarət idi. Məni heç bir şey maraqlandırmırdı – məktəb zindan, ev zindan, hər yer zindan idi. Nə yoldaşların danışığı, nə evdəkilərin söhbətləri – heç biri məni məmnun etmir, biləks acığıma səbəb olur. Yazıq çocuqları mən də incitməyə başlamışdım.
Sina ilə tanış ola bilmədim, yəni fikrində də deyildim. Bütün mənəvi mükafatı yalnız onu görməkdə bulurdum.
Getdi. Bir müddət dərd içində çırpındım. Zaman unutdurdu. İndi çiçəklərlə bərabər yenə qoxulayır, yenə qəlbimə qonaq gəlir.
Axşam saat ondur. Evimizdə hamı yatmışdır. Bir bizdə deyil, şəhərdə “müsəlman” deyilən burunlu-qulaqlı bütün məxluq yatmışdır. Bunlar günün qulağı batandan bir saat sonra çörəklərini yeyib, namazını qılıb yatağa sərilirlər. Nə etsinlər – oxumaq, yazmaq yox, kitab yox, əyləncə yox... heyvani bir həyat.
Bağçanın bir guşəsində şam işığında oturub yazıram. Bilirəm atam işığı görsə üzümü danlayacaq:
Gecənin yarısına kimi də deyəcək çıraq yanarmı? Belə tələfxərclik olmaz ki, sən eləyirsən? Mən bir qəpik qazanınca can allaha verirəm, sən də mənə qəsd eləyirsən.
Bunlar atamın həmişə dediyi sözlərdir. Bu sözləri çocuqluğumdan eşidirəm:
– Ədə, pələsək vurma, başmaq yırtıldı.
16
– Ədə, ağaca dırmanma, şalvar yırtıldı.
– Ədə, az ye, çörək qurtardı.
Bu kimi ifadələrə qulaqlarımız alışmış. Bu sözlərin sayəsində cəsarətimiz qırılıb getmişdir. Ata-anamızdan bir əmr sadir olar deyə kirpiklərimizi qırpmağa belə cürət etməmişik. Indi iyirmi üç yaşım var (rəsmi kağızlarımda yaşım iyirmidir, bu doğru deyildir), həm də atamın nüfuzundan qurtara bilmirəm. Neçə gündür avamlığı ilə başıma ip salıb oynadır: şənbə günü tək səbir gəldi, səfərimə razı olmadı, dünən saat xoş deyilmiş, bu gün “bəni yumə”dir, nəhs gündür, sabah qəmər əqrəbdə olacaq... Müsəlman il uzunu saat xoşladır, fala baxdırır, qurana istixarə etdirir. Axırda da hamıdan geridə, kirli və vəhşi bir həyat keçirir. Bizim sadəliklə işimiz yoxdur, hər şey mürəkkəb və dolaşıqdır.
Bircə ayların adına bax: Məhərrəm əl haram, Səfər əl müzəffər, Şəvval əl mükərrəm. Bircə adam adlarına bax: Məşədi Imamqulu, Kərbəlayı Ocaqverdi, Hacı Yaftıməli... Bircə adətlərə bax: məhərrəmlikdə xəncər götür, öz başını vur-yar qanın tökülsün, bədənini deşdir, dərindən qıfıl, güzgü, ox as... hər şey dolaşıq, hər şey ağıl şaşdıracaq qədər axmaqdır...
Mən də bu çürük mühitin meyvəsiyəm. Qara suda bitmiş yarpız kimi, həm özümü, həm də başqasını acılayıram. Atam məndən dilgir, mühit məndən dilxor.
Evdə ağzımı açıb danışa bilmirəm:
– Sən danışma, heç bir şey bilmirsən. Böyüyün sözünə bax! – deyə hər tərəfdən ağzıma vururlar. Böyük də barı böyük ola. Yazıq ağzının çörəyini yeməyə qadir deyil. Özü də dünyada molla Səlimdən böyük, ondan müqəddəs bir sima tanımır. Onu görəndə səcdəyə düşür. Molla da müridlərin əhvali-ruhiyyəsinə gözəlcə bələddir – başlarına ip salıb istədiyi yerə sürüyür. Qəribə burasıdır ki, atam məni də molla Səlimə mürid etmək istəyir, deyir:
– Niyə ağanın yanına getmirsən, səni çox xəbər alır.
Deyirəm:
– Getmirəm, çünki mənim boynuyoğun və insafsız adamla işim yoxdur.
– Bu sözlərimin üstündə atam bir dəfə az qaldı vurub məni öldürsün. Bir iri daş götürüb belimə salmaq istəyirdi, qaçdım, canım qurtardı. Atamın məndən zəhləsi gedir, məni laməzhəb bilir:
– Sən moltanısan, – deyir, – sənin allahın yoxdur. Atam mənim oxumağıma əsla razı deyil. Məni məktəbə qoyan anam olmuş, sonra da özüm davam etmişəm. Atam molla Səlimin məsləhəti ilə məni məktəbdən çıxarmaq istəmiş, bacara bilməmiş. Dörd ildən bəri bu barədə atamla danışığımız olur, söyür, söylənir, çığırır, bağırır – əlinə bir şey gəlmir.
Kitabxana.az · https://kitabxana.az/en/works/cemenzeminli-bir-cavanin-defteri
More by this author
Şəhərin ən məşhur xalı karxanaçısını vali yanına dəvət edib şahın əmrini bildirdi:– Qibleyi-aləmin dərbarı üçün bir xalı toxutduracaqsan, – dedi. – Bu xalının gərək şərqdə, gərəksə qərbdə əmsalı olmamalıdır.
Aprelin birindəBunlara hər gün səhər saat on birdə bulvarda rast gələ bilərsiniz: qışda yel tutmayan, yayda günəş görməyən bir skamyaları var. Əsəd bəy ortada, Mirzə Zülqədər sağ tərəfdə, Ocaq Naşid də sol tərəfdə oturar. Bu adət pozulmaz. Yalnız bu deyil: bunların bir çox sabit adət və qaydaları da var. Məsələn, kimsə kimsənin keçmişi ilə maraqlanmaz, gündəlik məişət məsələləri mövzusundan bəhs olmaz, siyasətdən uzaq qaçılar. Bu olduqca yaxın və səmimi dostlar bir-birinin evinə getməz və biri digərinin ailə vəziyyətindən xəbərsizdir. Halbuki dostların özlərinə məxsus tarixçələri var. Əsəd bəy vaxtilə vilayət dəftərxanası tərcümanı olmuş; biriki məqalə ilə “Şərqi-Rus” qəzetində iştirak etmiş və bir zaman pyes yazmaq moda təşkil edəndə Əsəd bəy “Cəhalət qucağında” adlı bir dram belə yazmışdı. Lisaniyyat marağı dövrü Əsəd bəy islahatçı olaraq meydana atılmış və fars-ərəb kəlmələri yerinə türk sözlərinin işlənməsini təklif etmişdi; məsələn: “xoruz” əvəzinə “qızıl pipik quş”; “musiqi” əvəzinə “zırzır”; “münəccim” əvəzinə “ulduza baxan” və qeyriləri.Mirzə Zülqədər gimnaziyada elmi-ilahi müəllimi olmuş bir adamdır. Ərəb və farscaya vaqifdir. Dindardır və bütün dünya fənlərinin qurandan iqtibas olunmasına qanedir. Elmin hansı bir sahəsindən bəhs açılsa, “onu bizdən götürüblər, bax, ayeyi-şərifə nə buyurur” – deyə bir ayə və ya hədis söylər. Mirzə Zülqədərin təsəvvürüncə quran xarüqədir: darvinizm, dəmiryol, dizel maşını, hətta qramofondan da orada məlumat verilmişdir. İntəhası, biz cəhalətdə qalmışıq da, istifadə etməmişik.
Xasiyyətləri tutmamış“Əli, Vəli, Pirvəli,Üçü ondan irəli,
İki çocuqKəndin kənarındakı böyük qoz ağacının altında qurulmuş mağarı çoluq-çocuq bürümüşdü. İçəridə toy idi: zurnaların səsi ahılı-cahılı nəşələndirərək süzdürürdü, hər kəs bu xeyir işə bacardıqca bəzəklidüzəkli gəlmişdi, iri heybətli papaqlar, təpmə qəhvəyi çuxalar, qıvraq patava və çarıqlar mağarı doldurmuşdu. Mağarın qapısına toplanan oğlan və qız çocuqları da rəngarəng idi: sarı, qırmızı, yaşıl... göz qamaşdırırdı. Şal gödəkçəli, qıllı papaq bir uşaq qığılcım kimi sıçrayaraq oradaburada səkir, “sümüyünə düşən” havalara bir az süzür, sonra birdən sanki utanaraq, qaçıb çocuqların arasında gizlənirdi. – Qasım, ay Qasım! – deyə adı dillərdə idi.Çocuqlar onu çağırmaqdan, onunla danışmaqdan, əylənməkdən elə bil ayrıca bir zövq alırdılar. O da kimsədən “kərəmini” əsirgəmirdi: birisi ilə süzür, o birisi ilə güləşir, zarafatlaşırdı. O, toyun bütün mənasını daşıyan bir rümuz idi: musiqi qədər şən, nəşə kimi cazibəli və fərəh qədər qanadlı idi. Onun bir dəqiqə bir yerdə durmağa qərarı gəlmirdi: mağarın ətrafını dolaşır, kecələrin arasına soxulub, içəridə oynayanlara tamaşa edir, bir də əlini yuxarı qaldıraraq – Ay şabaş!.. – deyə kənardakı uşaqlara doğru coşurdu...
Poems by other poets
He saw where a hunter had set his snareTo ensnare the gazelles at unaware.
Gəraylı: Bir qiya baxışlı yardanBir qiya baxışlı yardanCüda olmaq nə mümkündür,
Nə yaxşı munis idi, heyf, nagəhan getdiNə yaxşı munis idi, heyf, nagəhan getdi,Məni bu möhnət əta qoydu firavan getdi
چون کار من از شهاب بر چرخ رسیدوز دست غمم به لطف خود باز خرید