IX
Usta Ağabalanın hamamda başına gələn qəza və qədər sabah Veylabadın cəmi guşəsində danışıldı, bazarlarda cürə-bəcür şayiələr dövran etdi. Dedilər, cinlər usta Ağabaladan cənnətin qəbzini tələb edəndən qabaq, haman hamamın yanında, cüzamlı Abbasın vurub ağzını əyiblər; dedilər güya Əli-Əsgər-ağa müridləri inandırıb ki, cənnət qəbzi cinlərə lazım deyil: onlar hər yerə gedə bilərlər; amma elə əvvəl hamam cin yığnaqıdır. Bir dəfə də mən oradan keçəndə gördüm hamamın üstə göydən bir cüt ayaq sallanıb. Dedilər güya Əli-Əsgər ağa «ayətülkürsi» oxuyub, neçə dəfə pufluyubsə də ayaqlar çəkilməyib, sonra başmaqlarını qoyub qaçıb. Gün günü tə’qib elədi, söhbət daha da təzələndi. Hətta bu barədə məscidin hücrələrində sakin olan tullab arasında da mübahisə və münaqişələr oldu. Tələbələr iki firqəyə bölündülər; bir tərəf deyirdi ki, cin-şeyatinə cənnət qapıları açıqdır, gedə bilərlər; o biri firqə deyirdi: xeyir hər yerə getsələr də cənnətə heç və’də onları qoymazlar. Bir müctəhidin rəyinə görə onlara zəmhərir verəcəklər.
Seyidlər öz hüquq və ixtiyaratlarını tələb etmək sayəsində isyan qoparıb ikinci firqəyə nəfrətlər izhar etdilər: «Biz cin-şeyatin yoldaşı olmamışıq ki, onları bizim yanımıza buraxalar. Allah zəmhəriri bizdən ötrü xəlq edib; oraya cinlər gedə bilməzlər»!
Xülasə, uzun söhbətlər oldu, yenə heç kəs bu sirdən agah ola bilmədi. Tələbələr də çox mübahisə etdilərsə, bir nəticə hasil etmədilər, ancaq davaları, düşüb bir; «Ənvari-rəml» kitabı ilə vurub o birinin dişini saldı.
Şayiələr yenə meydan qəsb etməkdə idi. Şəhər ağsaqqallarından birisi əlini Əli-Əsgər-ağanın imarətinin divarına vurub deyir: «and olsun bu divarlardan çıxan nuri-pakə»! Dünən gecə o hamamın yanından keçirdim. Birdə gördüm bacadan bir şey çıxdı. Uzandı, uzandı birdən gördüm dalımca gəlir. Qoydum qaçdım. Gördüm qaçdıqca gülə-gülə dalımca gəlir, qapıda yıxıldım ürəyim getdi. Dahı bilmirəm necə oldu. Məsələ yenə aşkar olmadı.
Dedilər cinlər qovduğu adamın hamısında cənnət qəbzi varmış, söz getdi çatdı qaziyə, qazı-ağa buyurdu ki, doğrusu mən bu işə qarışmıyacağam. Çünkü külfət sahibiyəm, cinlərin əleyhinə bir şey desəm gecə gəlib, məni boğarlar, balalarım acından qırılar.
Veylabad sakit ola bilmirdi. Camaat təmam işdən əl çəkib cənnət qəbzi məsələsinin həllinə çalışırdı. Bir gün küy düşdü ki, məşhur «Seyid Mir-Cəfər-ağa» rəməl atıb hamını bu sirdən agah edəcək. Şəhər cunbuşa gəldi. Bazar, dükən bağlandı. Camaat məhəllələrə toplanıb, gecəni sabaha dək dəstə təpdi. Sabah xəbər çıxdı ki, «Seyid Mir-Cəfər-ağa» rəməl atıb görüb ki, usta Ağabalanın hamama düşmüş «cənnət qəbzinin» ətrafına cinlər yığılıb, məsləhət edirlər. Mir-Cəfər-ağa dua gücü ilə cinləri cızığa salıb ki, daha bir də oradan çıxa bilməsinlər.
Veylabadın üstə səadət günü doğdu. Şəhər bir böyük bəladan xilas olmuşdu. Mir Cəfər-ağanın qapısı tez tez açılıb xələtlər, kəllə-kəllə qəndlər, çay, quzu və iləx gətirirdilər. Ol gündən hamamın qapısı mismarlandı, qabağına zibil tökülməyə başladı. Az vaxtda hamam tamam zibilə batıb, yox oldu.
Kitabxana.az · https://kitabxana.az/en/works/cemenzeminli-cennetin-qebzi-ix
Use ← → keys to move, R for a random poem
More by this author
Axşam saat ona kimi oxudular. İkisi də bərk yorulmuşdu. Əli cəsarətsiz bir səslə yoldaşına dedi:– Doğrusu, Cavad, mənim başım daha heç işləmir.
Sidiİlk əvvəl onu bir avtomobil fabrikində görmüşdüm: manövr idi, yəni ən aşağı dərəcəli iş görürdü: süpürürdü, zibil daşıyırdı. Maşınları təmizləyirdi və qazandığı da yalnız bir parça yavan çörəyə və mənzil kirayəsinə gedirdi. Onu fabrikdə tanımayan yox idi, hər kəs ona buyurur, işlədir və onunla əylənirdi.Qiyafəsi qəribə idi: başdan ayağa qədər yağ və çirkə batmış paltarı əvvəlki rəngini çoxdan itirmişdi. Hətta üzünün dərisi belə solmuş və kirləşmişdi. Yalnız dişləri ağarır və gözləri işıldayırdı.
Osman DövlətşinO çox şenlikli, bol nəşəli Kiyev bu dəfə boş qəbiristanı andırırdı: küçələr sönük, qəmgin idi; kimsə evindən dışarı çıxmağa cəsarət etmirdi. Yalnız çörəkçi dükanlarının önündə uzun sıralar görünürdü. Oradaburada düşüb partlayan mərmilərə, tüfəng şaqqıldamasına baxmayaraq bu adamlar cansız bütlər kimi düzülüb çörək gözləyirdilər. Hansı qüvvələrin şəhərə hakim olduğu bəlli deyil idi. Belə zamanlarda min bir şayiə dövran edər, çoxusu da doğru olmaz. Sabah ertə ukraynalıların poçtaya hücum etdiklərini söylədilər. Dünən bir məktəbin ətrafında qanlı vuruşmalar olmuş; kim bilir, sabah bu qan və atəş haralara keçəcək?Ara-bir divarlara xitabnamələr yapışdırılır: Ukrayna hökuməti kəndliləri bolşeviklərlə mübarizəyə dəvət edir... Bu elanları, çağırışları oxuyan olurmu? Hər kəs zirzəmilərdə; xalq can qayğısındadır.
Qoz ağacıHər ilki kimi, bu il də Məşədi Xonku məhərrəmə hazırlaşırdı.Köhnə katbini sandıqdan çıxardıb, xəzlərini güvədən təmizləmişdi, sarıq və qurşaq üçün tədarük olunmuş şal parçalarını günə sərmiş, uzunboğaz çəkmələr piylənmiş, qılıncın da pasına qarşı tədbirlər görülmüşdü.