Veylabad aram tapdı. Camaat öz işlərinə məşğul idi. «Cənnət qəbzi» məsələsi bilmərrə yaddan çıxmışdı, amma usta Ağabalanın ürəyində, cinlərin qorxusu hələ davam edirdi. Biçarə neçə aylar idi ki, bu dərdə mübtəla olub, evində yatırdı. Arvadı Ustanın dükənində nə qədər şey var idi, satıb, ona sərf etmişdi; bir nəticə də hasil olmamışdı: Ustanın azarı əlac-pəzir deyil idi. Külfət şiddətli günlər keçirməkdə idi: evin olan şeylərini satıb çörəyə vermək kifayət eləmirdi. Körpə uşaqlar ac və çılpaqlığa davam gətirmiyib ağlaşırdılar. Kömək gözləməli yer yox idi. Qapını açıb, girən olmazdı, hərdən arvadın əlacı kəsilib gedib, Əli-Əsgər-ağagildə qulluq edirdi və axşamlar uşaqlara çörək qurusundan, boyat bişmişlərdən gətirirdi. Bunun ilə də yaraya mərhəm olmazdı. Ustanın azarı gün-gündən şiddətlənirdi; bədəni zəifləşib gücdən düşürdü; soyuq və aclıq ürəyini üzürdü; sifətində həyat nişanəsi qalmamış idi.

Bir neçə gün keçdi. Şəhərin kənar küçələrindən, üç dörd adam bir meyit aparırdılar. Qabaqlarına çıxan kişinin «ölən kimdir?» sualına, tələbə cavab verdi: «Usta Ağabala kəfşduz!».


Bir neçə ay da keçdi. Qış fəsli idi. Axşam çağı soyuqdan paltona bərk-bərk bürünüb bazardan keçdikdə, gördüm bir dükənin qabağında üç uşaq durub zırıldayır. Bunların yalın ayaqları, dizlərinə dək palçığa batmışdı; paltarları para-para olub, bədənləri görünürdü, səkkiz-doqquz yaşında qız, bir neçə qədəm kənarda durub, başını aşağa salmışdı. İki balaca oğlanlar əllərini açıb, deyirlər: «bizə bir çörək pulu ver. Dünəndən çörək yeməmişik, vallah acından ölürük». Uşaqlar sözlərini qurtarmamış üçü də səs-səsə verib ağlaşdılar.

Bunlar usta Ağabalanın uşaqları idi.

Bunları gördükdə «qəbz» məsələsi başımda təzələndi və yuxarıda yazılan hekayə tamam gəlib gözümün qabağından keçdi.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

İki çocuq

Kəndin kənarındakı böyük qoz ağacının altında qurulmuş mağarı çoluq-çocuq bürümüşdü. İçəridə toy idi: zurnaların səsi ahılı-cahılı nəşələndirərək süzdürürdü, hər kəs bu xeyir işə bacardıqca bəzəklidüzəkli gəlmişdi, iri heybətli papaqlar, təpmə qəhvəyi çuxalar, qıvraq patava və çarıqlar mağarı doldurmuşdu. Mağarın qapısına toplanan oğlan və qız çocuqları da rəngarəng idi: sarı, qırmızı, yaşıl... göz qamaşdırırdı. Şal gödəkçəli, qıllı papaq bir uşaq qığılcım kimi sıçrayaraq oradaburada səkir, “sümüyünə düşən” havalara bir az süzür, sonra birdən sanki utanaraq, qaçıb çocuqların arasında gizlənirdi. – Qasım, ay Qasım! – deyə adı dillərdə idi.Çocuqlar onu çağırmaqdan, onunla danışmaqdan, əylənməkdən elə bil ayrıca bir zövq alırdılar. O da kimsədən “kərəmini” əsirgəmirdi: birisi ilə süzür, o birisi ilə güləşir, zarafatlaşırdı. O, toyun bütün mənasını daşıyan bir rümuz idi: musiqi qədər şən, nəşə kimi cazibəli və fərəh qədər qanadlı idi. Onun bir dəqiqə bir yerdə durmağa qərarı gəlmirdi: mağarın ətrafını dolaşır, kecələrin arasına soxulub, içəridə oynayanlara tamaşa edir, bir də əlini yuxarı qaldıraraq – Ay şabaş!.. – deyə kənardakı uşaqlara doğru coşurdu...

3 min
Lüzumsuz arzu üçün

İki il idi onu görməmişdim. Bir gün təsadüfən rast gəldim. Hələ mənə yaxınlaşmadan adəti üzrə qaşlarını yuxarı qaldırıb gülümsədi və qızıl dişlərini göstərərək:– Ya Allah, ya Allah, – deyib əlimi sıxdı. – Balam, haradasan? Sanki başqa-başqa şəhərlərdə yaşayırıq.

5 min
Qoca nənənin ölümü münasibətilə

İbrahimin qoca nənəsi öldü. Tam qarılara layiq bir surətdə də öldü: üç gün yatdı, “varımı-yoxumu bilirsiniz, mənə ehsan verin”, – deyə altı kəlməlik bir vəsiyyət elədi; axırda da ağzını açıb-yumdu. Vəssalam.Qarı tamam oldu... Hekayətimiz də burada bitməli idi. Ancaq... “papağın keçi dərisindən, xəbərin yoxdur gerisindən”... qulaq as, gör nə oldu.

6 min
Qusar mülkədarları

Xudat stansiyasından Qusara gələn avtobus sürətlə boşaldı. Son enən orta yaşlı, başının yanları ağarıb gümüşə çalan bir kişi, arıq arvadı və çəlimsiz xırda qızı oldu. Bunlar şeylərini tələsmədən bir tərəfə toplayıb tarlanmaq istəyən toyuq-xoruz kimi, ətrafa hay atmağa başladılar. Bir az keçmiş kişi bazarın uzaqlarına baxaraq:– Reyhan, odur gəlir! – deyə arvadının qolundan dartıb gülümsədi:

4 min

Poems by other poets