Qoca nənənin ölümü münasibətilə
İbrahimin qoca nənəsi öldü. Tam qarılara layiq bir surətdə də öldü: üç gün yatdı, “varımı-yoxumu bilirsiniz, mənə ehsan verin”, – deyə altı kəlməlik bir vəsiyyət elədi; axırda da ağzını açıb-yumdu. Vəssalam.
Qarı tamam oldu... Hekayətimiz də burada bitməli idi. Ancaq... “papağın keçi dərisindən, xəbərin yoxdur gerisindən”... qulaq as, gör nə oldu.
Xülasə, bir gün İbrahim qulluğundan döndükdə evdə bir yaşmaqlı arvad, yanında iki-üç burnu zılıqlı uşaq gördü.
– Ana, bunlar kimdir? – deyə sorduqda, yaşmaqlı qadın:
– Başına dönüm, məni tanımırsan?.. Yəni haradan tanıyasan ki, uşaq vaxtı görmüsən. Biz Ağcabədidə, siz də burada... Mən rəhmətliyin xalası nəvəsiyəm... Vallah, ölümünü eşitdim, o qədər ağlamışam ki, nə təhər...
Qadın sözlərinin doğruluğunu isbat etmək üçün buradaca yaylığının ucu ilə gözlərinin yaşını sildi.
İbrahim əvvəl, hələ yarasının ağrısını duymayan adam kimi gülümsədi:
– Gərək bir böyük oğlun da olsun, – dedi. Qadın bu sözlərdən sonra yaşmağını çənəsindən aşağıya salıb dil açdı:
– Bay elə belə qohumsan, dayna, heç bir demirsən, qohumlarım necə oldu... Böyük uşaq burada Nəriman texnikumunda, qız da mamalıq oxuyur... Gələcəklər görərsən...
Burada İbrahim ayıldı, öz-özünə:
“Deməli bunlar bizim çörək və şəkər payımıza şərik çıxacaqlar...”
Sinirləri oynaqlamağa başladı.
Evdə sakit qoca bir pişik var idi. Bunun səsi heç eşidilməzdi. Zatən vəzifəsi də böyük deyildi – hərdənbir siçanlara hücum edər, sonra mərhum qarının yerdə salınmış döşəkcəsinin üstünə çəkilərdi. Bu pişik də yasa gələn qonaqların, boğazına şərik çıxacaqlarını duyub, sinirləri alt-üst oldu. Yemək masasının ətrafına fırlanıb, miyoltusundan nalələr yağdırırdı.
Təbii idi ki, həmişəki payını almadı və əvəzində İbrahim qonaqlara gücü çatmayıb, ona çığırdı. Pişiyin izzəti-nəfsi tamamilə qırıldı, məyus bir halda döşəkcənin üstünə çəkilib, öz dilində bir neçə söyüş söyüb sakit oldu. Tərs kimi qonaqlar da bir torba süzmə qatıqdan başqa bir şey gətirməmişdilər; Qoca pişiyin də döşü qatıq götürmürdü.
Nə isə, İbrahimi fikir götürmüşdü. Düşündü, daşındı, axırda bir müəssisənin ona beş yüz manat borclu olduğunu xatırlayıb sakit oldu.
İbrahim qulluğundan başqa evdə də işlər, layihələr hazırlardı. O biri gün o, müəssisə mühasibinin yanına getdi. Mühasib ortaboy, başı parlaq dazlı bir adam idi; burun deşiklərinin qabağına yapışan bığı səliqəsiz yamağa bənzəyirdi. Söz danışanda şalvarını yuxarı dartar və tez tez gözlərini qırpardı. Hər bir mehriban sözü istiot kimi acı idi.
İbrahim nəzakətlə yanaşıb salam verdi. Mühasib cavab vermədi.
Masanın üstündəki kağızları qarışdırıb, çox məşğul adam kimi, qaşlarını çatdı, gözlərini qırpdı.
İbrahim:
– Yoldaş mühasib, axı o pul çoxdan qalır, – dedi.
Mühasib qaba bir halda:
– Pul olanda gəlmirsiniz, pul olmayanda gəlirsiniz.
İbrahim cəsarətsiz bir səslə:
– Bəs nə vaxt olacaq?
– Heç bir şey deyə bilmərəm.
İbrahim, sədəqə gözləyən yetim kimi, bir az durub, sonra otağı tərk etdi.
Evə qayıtdıqda evdə iki təzə qonaq da gördü, bir qadınla on üç-on dörd yaşında bir oğlan da gəlmişdi.
Məlum oldu ki, bunlar da Dərbənddən yasa təşrif gətirmişlər.
Arvad İbrahimin ayağına durdu, üzündən öpdü və qızartdaq gözlərindən bir-iki yaş axıdıb dedi:
– Qadan canıma, bibimin ölməsini eşidib, o qədər ağlamışam, nə təhər... Dedim, həm ziyarət, həm ticarət, həm çoxdan görüşməmişik, həm də bu uşağı burada məktəbə qoyaram, gözünüz üstündə olar.
Yeddi illik qurtarıb, həkimlik oxumaq istəyir...
İbrahim sinirlənərək:
– Ziyarət hansıdır, ticarət hansıdır? Ticarətdisə, bəs alan kimdir, satan kimdir?
Arvad cəsarətsiz gülüşlə:
– Qadan alım, torpağı sanı yaşayasan, deyəsən, sən də rəhmətlik atan kimi bir az tündməcazsan.
İbrahim acıqlı:
– Sən atamın goru, məndən əl çəkin!.. Əşi bu müsəlmanlar bilmirəm, nə vaxt adam olacaqlar, – deyib yataq otağına keçdi.
İbrahimin anası qonaqdan üzr istər kimi:
– Onun sözündən incimə, – dedi. – Oxumuş adamlar elə bir az tünd olurlar.
– Niyə inciyirəm, yad deyil ki, mənimkilər də elə belədir. Bax, bunu görürsən, – deyə oğlunu göstərdi, – dərs oxuyanda ağzımızı aça bilmirik: o gecə kitabı atdı, bir küpə doşabımı əndərdi.
Qadın danışarkən oğlunun üzünə fəxrlə baxır və gülümsünürdü...
Nə isə... Nahar verildi. Hamı, zahiri də olsa, mehribançılıqla masanın ətrafına toplandı. Pişik yenə miyoldadı, şikayətləndi, təbii, yenə ağzına baxan olmadı. Bəlkə qonaqların ayaqlarına dolaşarkən bir-iki də gizli təpik yedi.
İbrahim baxdı gördü ki, mühasibsiz iş aşmayacaq, o biri gün qulluqdan bir az tez çıxıb, mühasibin yanına getdi. Bu dəfə mühasib onu çox xoş bir halda qəbul etdi, şalvarını iki dəfə yuxarı çəkib, gözlərini qırpdı:
– Necəsiniz? – dedi, – vallah, mən sizin xətrinizi çox istəyirəm.
Dünən gecə də bir yerdə sizin söhbətiniz idi... Xətrinizi çox istərəm...
Bu əsnada kim isə mühasibi çağırdı, şalvarını darta-darta getdi.
İbrahim bir saat gözlədi, mühasib gəlmədi. Müəssisəni başdanbaşa dolaşdı. Hər bir otağa baş təpdi, tapılmadı.
Yenə məyus bir halda evə döndü. Ağcabədili arvadın məktəbdəki oğlu ilə qızı da qonaq gəlmişdi. Yemək masası darlıq elədi, bir qanadını da açdılar.
Xülasə, bir neçə gün belə davam etdi. Dərbənd üzümü və süzmə qatıq qurtardı. Bakının suyu qonaqlara düşüb, iştahaları bir az da açıldı.
Körpə uşaqlar dəqiqədə bir çörək və “qaqa” istəyirdilər. Dərbəndli qadına yolda soyuq dəyib, öskürür, ilıq yumurta istəyir; ağcabədilinin könlünə rahətülhülqum düşür. Nə baş ağrısı, bu yasa gələn qonaqlar evdə istirahət qoymadılar. Təkcə balacaları gündə beş girvənkə çörək görmürdü. Rəhmətlik qoca nənənin cehizlik qızılları torksinə doğru axır. İbrahim də mühasibin yanına ayaq döyməkdən yorulmuşdu. Gah pul yoxdur, gah mühasib yoxdur, bunlar da olanda kassir olmurdu.
Bir gün yenə pul dalınca gedəndə müəssisənin pilləkənində bir tanışına rast gəldi. Görüşdülər. Məsələni anlatdı:
– Yuxarılara da deyirəm, bir şey çıxmır, – dedi.
Tanışı ona:
– Əşi, sən heç dünya işlərinə bələd adam deyilsən, – dedi – mühasib də öz yerində bir adamdır, onun da mövqeyi və şərəfi var. Yuxarılarda nə işin var. İş onun özündən asılıdır; istədiyi adamlara həmişə pul tapır...
– Bəs nə edim?
– Deyim: kassada pul olanda o həmişə acıqlı olur. Xasiyyəti belədir. Pul olmayanda deyir, gülür, zarafatlaşır. Onu güdərsən, bir də bir ərizə hazırlarsan, elə ki, gördün ağzının sözünü danışa bilmir, ətrafındakıları acı dillə zəhərləyir, onda ərizəni şafla... Bacarsan, bir-iki də minnətçi götür: o şöhrətbazdır. Vəssəlam. Mənim bir qəpiyim də ləngimir...
O gündən başlayaraq İbrahim, pişik sərçənin marığına yatan kimi mühasibi güdməyə başladı. Bir gün kassanın qabağında çoxlu adam gördü. Mühasib şalvarını çəkə-çəkə koridordan otağa, otaqdan koridora girib çıxırdı. Qaşqabağından zəhər yağırdı. Verilən suallara əhəmiyyət verməyərək, gözlərini dəqiqədə yüz dəfə qırpırdı.
İbrahim məsələni anladı. Bir dəqiqə itirməyərək evə qoşdu. Yasa gələn qonaqları çoluq-çocuqları ilə bərabər yığışdırıb, yas qurbanı olan pişiyi də qucağına alıb, mühasibin otağına gətirdi. Rəngarəng geyimli bu adamlar əllərini döşlərinə qoyub, mühasibə təzim etdilər və hamısı bir səslə:
– Bizi balalarının başına çevir! – deyə bağırışdılar. Pişik də məsələni anlayıb, yanıqlı bir səslə miyoldadı.
Bu əsnada İbrahim ərizəni qorxa-qorxa uzatdı. Mühasib ərizəni özünə məxsus əzəmətlə gözdən keçirdi və mehriban bir səslə əməkdaşlarından birinə:
– Hüseynqulu, – dedi. – İbrahim yoldaşın orderini gətir, qol çəkim.
1934
Kitabxana.az · https://kitabxana.az/en/works/cemenzeminli-qoca-nenenin-olumu-munasibetile
Use ← → keys to move, R for a random poem
More by this author
“Sarayi-Fatma” adlı ümumxananın salonu. Gözəl yumşaq meblelər qoyulmuş, xalılar döşənmiş: pəncərələrdə qiymətli vazlar görünur. Divarlar güzgülərlə bəzənmiş. Hər yerdə qırmızı ay-yıldız nəsb olunmuş, ön divarda ərəb hərflərilə “Sarayi-Fatma” yazılmışdır.Sağ tərəfdə piano qoyulmuşdur. 3-5 əlvan paltarda qadın ağparikli tarixi libaslarla bərabər, müasir modalar da gözə çarpır. Qadınların hərəsi bir pozadadır: kimi kanapelərdə uzanmış, kimi qoltuğa (kreslo) yerləşmiş, kimi də güzgülərin önündə tualetlərini düzəldirlər. Qonaqlar smoqinqdədirlər. Səhnənin ön tərəfində Bağır, İbadulla və Xəndan əfəndi durmuşlar. Xəndan əfəndi salonun zinətinə və qadınların gözəlliyinə heyran qalaraq danışır, danışdıqca da ətrafı yabançıcasına süzür.
Altıncı şəkilLüqsemburq bağı. Xiyabanın bir tərəfində geniş çəmən görünür. Ətrafı ağac və çiçəkliklə əhatə olunmuşdur. Ağaclar arasında heykəllər düzülmüş. Xiyabanın iki tərəfinə iskəmiyələr qoyulmuşdur. Mürəbbiyələr arabacıqda çocuqlar gəzdirirlər. Cürbəcür kişi və qadınlar gəlib keçir. Bəhicə bir iskəmiyə üzərində oturub qarşıdakı mənzərəni tabloya köçürür. Sabah günəşi ağacların altına sarı ləkələr səpmişdir.İbadulla** (gülümsəyərək yaxınlaşır. Bəhicə ayaq səsini eşidirsə də, əhəmiyyət verməyir). Bonjur, Bəhicə xanım (şlyapasını çıxarır və əl verməyə cəsarət etməyərək, ayaq üstə qalır).
Yeddinci şəkilBəhicənin atelyesi. Geniş pəncərəli yüksək bir otaq. Sağ tərəfdə bir qapısı var. Divarlardan bir çox*şərq janrlı tablolar asılmışdır. Bir tərəfdə molbert üzərində qurtarmamış bir şəkil qoyulmuşdur, yanında*
Birinci hissə“İbrahim xan... hüzuruna yaxın, qulluğunun nədimi, baş katibi və dövlətinin möhkəm bir sütunu*olan qazaxlı Molla Pənah Vaqifi yanına çağırdı. Vaqif kamal, ədəb və elm sahibi bir sima idi. Əgər*
Poems by other poets
Qurtuluş Kamala inanla olur,Hökumət seçilmiş bakanla olur,
Arizin görmək ilə tərk-i dil ü can etdimArizin görmək ilə tərk-i dil ü can etdim,Bağrımı ləblərinin şövqi ilə qan etdim.
Qadasın aldığımSəndən ötrü tərk-i-vətən olmuşam,Ey bimürvət yar, qadasın aldığım,
DüşmüşəmEy Leyli, mən səni görəndən bəriMəcnun olub biyabanə düşmüşəm.