Page 7 of 10 · 60%

Babamın ticari təşəbbüsləri çiriş xırıdı ilə bitmişdir, gündə iki dəfə qəbiristanlığa fatihəya gedər, arabir də bizə gələrdi. Bizə gəldikdə

Kəminənin ədəbi fəaliyyəti haqqında “Riyazül-aşiqin”ə baxmalı - müəllif

darvazanın arası açıq olmasaydı, itələməyə ərinərək geri qayıdardı. Arabir babamın yanına gedərdim, dar bir küçədə yaşardı. Ancaq orada çox qalmağa hövsələm gəlməzdi, qaranlıq və rütubətli otaqda canım sıxılardı.

Bizim ailənin bir tühaflığı vardı: bütün çocuqlar lunatik idi. Yata bilmədiyim axşamlar qəribə mənzərənin şahidi olurdum: böyük qardaşım yataqdan qalxır, gözləri yumulu olaraq otaqda gəzinir və gündüz oxuduqları dərsləri bərkdən təkrar edərdi. Gündüz elədiyi kimi, dərslərin təkrarından sonra bir neçə fars qəzəli söyləyib, yenə yatağına uzanardı. Bunu qeyri-şüuru olaraq yapardı, özünün xəbəri olmazdı, o biri gün söylədikdə heyrət edərdi. Aydın bir yay axşamı kiçik bacım yatağından qalxdı, gözləri yumulu olaraq çırağa yanaşdı, xodunu yuxarı çəkdi. Sonra kilidli qapını açıb artırmadan həyətə endi, darvazanı açıb qonşudakı bacılığını bir neçə dəfə bərkdən çağırıb geri döndü. Yenə darvazanı və otaq qapısını kilidlədi, ancaq çırağın xodunu aşağı çəkməyi unutdu. Kiçik qardaşım yasdığından səngər qayırır, arxasına uzanıb guya tüfəng atırdı. Səsi evlə bir olardı. Mənim də lunatik olduğumu söylərdilər, gecələr otaqda gəzərmişəm. Bir gecə ayılıb gördüm masanın arxasında oturmuşam, əlimin biri mürəkkəb qabının yanında idi. Yenə bir gecə arxamda iri bir döşək apardığım yerdə ayıldım. Ayıldıqda insan utanır və qorxu da duyur, ayılan dəqiqələrdən əvvəl olanların da heç biri xatırımda olmur. Bu dəqiqələr cəld qaçıb, yatağıma soxulardım.

Evimiz alayarımçıq da olsa hazır idi, suvağı, tavanı və taxta döşəməsi yox idisə də, damcısı da yox idi, geniş idi. Daha bundan artıq ummaq olmazdı, çünki atam qocalmışdı, sənəti də qazanclı sənət deyildi. Yeni doktorlar və apteklər artdıqca nüsxəbəndlik dəbdən düşürdü. Bu əsnada qardaşım Əbülhəsən xəstələndi, boğazına iri bir fır çıxdı. Həkimlərə göstərildi. Tiflisə getməsini məsləhət gördülər. Məktəbin köməyi ilə Tiflisə getdi, əlac olmadı. Geri döndü. Bir müddət sonra Kislovodska göndərdilər, yenə əlac olmadı. Bu dəfə Peterburqa getdi. Məktub aldıq, həkimlər vətəninə getməyi məsləhət görmüşdülər. Ümidimizi kəsdik.

Anam həyəcan içində qardaşımın yolunu gözləyirdi. Mən də onu qarşılamaq üçün darvazaya çıxdım. Bu əsnada məhəllə uşaqlarından

İrinli yara, şiş

birisi keçirdi, sözləşdik, məni itələdi, ayağım daşa ilişib yıxıldım, o da mənim üstümə yıxıldı. Sağ ayağımda acı bir sancı duyaraq çığırdım. Qoluma girib qaldırdılar, qılçam sınmışdı, atam da xəstə qardaşımın qoluna girib gəlirdi. Darvazanı açıb bizi içəri götürdülər. Anam divara söykənib durmuşdu. Əbülhəsənin sönmüş çöhrəsini gördükdə, rəngi üzündən götürüldü, dırnaqlarını divarın daşlarına ilişdirərək bayğın bir halda qaldı. Üç yataq salındı – anam da qadın xəstəliyinə tutulmuşdu.

Xəstəliyim bir ay davam etdi. Hər gün sınıqçı gəlir, qılçamı sığallayıb, sümükləri yerinə salır, sonra bal yaxıb ətrafına qamışlar düzüb bağlayırdı. Cəhənnəmi əzablar çəkirdim. Anam da yataqdan qalxmış, lakin son dərəcə zəifləmişdi. Qardaşım yataqda idi. Ümidsiz bir xəstə də olsa, deyir, gülür, bəzən kart belə oynayırdı. Atam, təbii, bir həftə qalıb Ağdama dönmüşdü. Həyatımızı təmin etmək lazım idi. Novruz yetişdi. Hamımız bayram süfrəsinin ətrafına toplanmışdıq. Birdən Əbülhəsən dedi:

– Bir neçə gün sizə qonağam, gəlin görüşək.

Hamımız göz yaşları axıdaraq ona sarılıb öpdük. Özü də ağladı.

Dörd gün sonra – martın on üçündə 1901-ci ildə Əbülhəsən söndü.

“Xeyir-şər” otağımızda birinci şər məclisi quruldu.

Indi evin böyüyü mən idim. Qardaşımın kitabxanasının açarı mənə verildi. Rus və əcnəbi klassikləri ilə tanış olmağa başladım. Bayron və Lermontovu yaxın dost kimi qəbul etdim. Sanki həyat yenə yoluna girdi, əziz ölü də yaddan çıxdı, lakin ruhumdakı ahəng pozulmuşdu.

Dünyada haqq və ədalət olmasına inanırdım, bu inam anamın südü ilə bərabər bütün varlığıma yerləşmişdi. Indi bu inam şübhə ilə zəhərlənmişdi: ədalət varsa, iyirmi bir yaşında istedadlı bir gənc, yoxsul bir ailənin ümidi neçin sönürdü?

Qardaşımın ölümünə heç inana bilmirdim, mənə belə gəlirdi ki, o müvəqqəti olaraq uyuyur və bir gün qəbirdən durub, yenə bizi sevindirəcəkdir. Heyhat, həyat karvanı öz yolu ilə gedir, karvandan ayrı düşənlərin ahənglərini kimsə dinləmirdi. Təbiətin qanunu bu imiş.

Məktəb həyatı davam edirdi. Hər gün uzaq erməni məhəlləsinə getmək məcburiyyətində bulunurduq. Yalnız məktəb deyildi, bütün hökumət müəssisələri də orada idi. Poçta bir məktub vermək üçün də ora getməli idi.

Şəhər idarəsi bütün varidatını oraya sərf edirdi: küçələr daşlanmış, işığı bol, kitabxana və qiraətxanası, başqa mədəni müəssisələri vardı. Şəhər idarəsinə seçilmiş hacılar və kərbəlayılar savadsız olduqları üçün türk hissəsi xaraba halda idi. Küçələrin daşlanmaması, fənərlərin olmaması bir yana, lağımlar belə örtülməmişdi; kanalizasiya ermənitürk hüdudunda bitirdi. Türk hissəsinin abadanlığı yalnız Haşımbəyin şəhər idarəsinə seçilməsi və şəhərin övzanı “Kaspi” qəzetində təsvir etməsi ilə başladı.

Erməni-türk münasibətinə gəldikdə o zaman heç də kəskin bir məsələ deyildi. Geniş kütlə qardaşcasına yaşayır, ortada da heç bir münaqişəli məsələ yox idi: erməni əməkçiləri – dərzilər, bənnalar, dülgərlər... türk arasında işlərdilər, kirvəlik edərdilər. Geniş kütlə erməniyə “dinayrı qardaş” deyərdi. Xalq məscid və kilsə ayrılığı ilə belə hesablaşmaq istəmirdi: türklərin nəzir eləyib, kilsə həyətində qurban kəsdiyini və ermənilərin türk pirinə şam gətirdiklərini çox görmüşəm.

Xalqın belə qardaşcasına yaşamasına baxmayaraq burjuaziya və ona nökərçilik edən ziyalılar “uzaq görmək” istədi. Tarixə dalaraq yekə- yekə ideyalar buldular, axırda qaş qayırdıqları halda göz tökdülər: çar məmurlarının təhriki ilə iki qonşu və tarix boyu dost yaşamış xalqı bir-biri ilə çarpışdırıb, gözəl şəhərimizi xaraba qoydular.

Məsələdən uzaq düşdüm. Qardaşımın kitabxanası əlimə keçdikdən sonra məndə ədəbiyyata və rəsmə böyük maraq oyandı. Boş vaxtlarımı rəsmə və ədəbiyyata həsr edirdim. Rusca yazdığım ilk şeirlərimi rus dili müəllimi Klemitə göstərdim. Müəllim şeirlərimi gözdən keçirib nədənsə mənə Çexovu oxumağı tövsiyə etdi. Çexov mənə olduqca şirin və duzlu gəldi. Lakin o zaman hekayə yazmaq fikrində deyildim, tərəddüd dövrü keçirirdim. Şuşanın sərt təbiəti: qara buludlardan tökülən yumurta kimi doluları, ilan kimi göydə qıvrılaraq, dəhşətli gurultu qoparan şimşəkləri, bir az sonra gözəl günəşi və bülbüllərin cəh-cəh vurması məndə dərin düşüncələr oyadırdı. Aydın gecələr artırmanın bir guşəsində tək oturaraq ən dərin sirləri bilmək istəyirdim. Çocuq gördüyü şeylər haqqında anasına sual verən kimi, mən də gənc dimağıma min bir sual verirdim. Yalnız çocuqla mənim fərqim o idi ki, mən görmədiyim şeyləri öyrənmək istəyərək, xəyal quşunu Ay və ulduzların ötəki tərəfinə, əzəliyyətin dərinliklərinə doğru uçurdurdum. Lakin insan ağlının məhdudluğunu duyaraq zəfimdən kədərlənirdim. Mənə belə gəlirdi ki, kainata hakim qəvi bir vəhdət var, insanlardan doğruluq, şəfqət və ibadət tələb edir. Inandığım bu mənəvi vəzifənin ifası üçün şəxsiyyətimin təmizliyinə çalışaraq, bütün səmimiyyətlə ibadətə sarıldım. Günəş çıxmadan qalxar, dəstəmaz alıb, namaza başlardım. Qışın çovğununda belə ərinməyərək adi su ilə yox, həyətdəki buzlu su ilə dəstəmaz alardım, ayazdan qolum çat-çat olub, qan axardı. Hər bir həyati çətinliyin həllini ibadətdəki göz yaşlarımda duyardım.

Bu ibadət dövrü iki il davam edə bildi. Sonralar yeni fəlsəfə, yeni yollar buldum.

Insanın ikinci bir vəzifəsi də olduğuna inanırdım. Mənə belə gəlirdi ki, təbiət hər bir insana bir vergi verir, həyatdan məqsəd bu vergini bulub, inkişaf etməkdir. Məndə də, insan olaraq, bir vergi olduğuna əmin idim. Yalnız bu vergini tapmalı idim. O zamandan başlayaraq özümün hər bir hərəkət və həvəsimi öyrənməyə başladım. Rəsm sahəsində müvəffəqiyyətlə çalışmağıma baxmayaraq, şəxsimin tədqiqinə davam edirdim. Bir gün güzgüyə baxarkən sağ gözümün ağında əmələ gəlmiş düzgün bir lira şəklinə rast gəldim. Bunu sirli bir əlamət kimi qəbul edərək sakit oldum... Artıq böyümüşdüm, bığ yerim tərləmişdi. Atamın əvəzinə xeyrə-şərə gedirəm, mənimlə hesablaşırlar, bir yerdə xeyir-dua, o biri yerdə başsağlığı verirəm. Məclislərin də qaydasını öyrənmişdim. O vaxt tacir balaları sıra ilə gecədə birinin evinə toplanıb vaxt keçirirdilər: buna “sirən” deyərdilər. Bibioğlumun birinin vasitəsilə mən də sirən məclisinə daxil oldum. Bu məclislər çox əyləncəli idi, ancaq yalnız kişilər iştirak edirdilər. Çərəz qoyulardı, çərəzlə bərabər dadlı söhbətlər olardı. Bəzən peşmək çəkərdilər. Şəhərin dadlı-duzlu adamlarını çağırardılar. Bir axşam bir molla çağırmışdılar, bütün gecəni əxlaqsız anekdotlar söylədi. Mollanın avam aldadan zahirlərindən başqa, bir də iç üzləri olduğunu onda görmüşdüm. Bir gecə məclis “tutmadı”, adam göndərib Qurdlar məhəlləsindən Mirzə Əliyar adlı birisini gətirdilər. Bu adam erməni kəndlərini dolaşıb erməni arvadlarına dua yazarmış və cindarlıq edərmiş. Mirzə Əliyar kəndlərdəki hədsizhesabsız macəralarını anlatdıqdan sonra, bizə

Random poem

More by this author

Aprelin birində

Bunlara hər gün səhər saat on birdə bulvarda rast gələ bilərsiniz: qışda yel tutmayan, yayda günəş görməyən bir skamyaları var. Əsəd bəy ortada, Mirzə Zülqədər sağ tərəfdə, Ocaq Naşid də sol tərəfdə oturar. Bu adət pozulmaz. Yalnız bu deyil: bunların bir çox sabit adət və qaydaları da var. Məsələn, kimsə kimsənin keçmişi ilə maraqlanmaz, gündəlik məişət məsələləri mövzusundan bəhs olmaz, siyasətdən uzaq qaçılar. Bu olduqca yaxın və səmimi dostlar bir-birinin evinə getməz və biri digərinin ailə vəziyyətindən xəbərsizdir. Halbuki dostların özlərinə məxsus tarixçələri var. Əsəd bəy vaxtilə vilayət dəftərxanası tərcümanı olmuş; biriki məqalə ilə “Şərqi-Rus” qəzetində iştirak etmiş və bir zaman pyes yazmaq moda təşkil edəndə Əsəd bəy “Cəhalət qucağında” adlı bir dram belə yazmışdı. Lisaniyyat marağı dövrü Əsəd bəy islahatçı olaraq meydana atılmış və fars-ərəb kəlmələri yerinə türk sözlərinin işlənməsini təklif etmişdi; məsələn: “xoruz” əvəzinə “qızıl pipik quş”; “musiqi” əvəzinə “zırzır”; “münəccim” əvəzinə “ulduza baxan” və qeyriləri.Mirzə Zülqədər gimnaziyada elmi-ilahi müəllimi olmuş bir adamdır. Ərəb və farscaya vaqifdir. Dindardır və bütün dünya fənlərinin qurandan iqtibas olunmasına qanedir. Elmin hansı bir sahəsindən bəhs açılsa, “onu bizdən götürüblər, bax, ayeyi-şərifə nə buyurur” – deyə bir ayə və ya hədis söylər. Mirzə Zülqədərin təsəvvürüncə quran xarüqədir: darvinizm, dəmiryol, dizel maşını, hətta qramofondan da orada məlumat verilmişdir. İntəhası, biz cəhalətdə qalmışıq da, istifadə etməmişik.

7 min
Xasiyyətləri tutmamış

“Əli, Vəli, Pirvəli,Üçü ondan irəli,

4 min
İki çocuq

Kəndin kənarındakı böyük qoz ağacının altında qurulmuş mağarı çoluq-çocuq bürümüşdü. İçəridə toy idi: zurnaların səsi ahılı-cahılı nəşələndirərək süzdürürdü, hər kəs bu xeyir işə bacardıqca bəzəklidüzəkli gəlmişdi, iri heybətli papaqlar, təpmə qəhvəyi çuxalar, qıvraq patava və çarıqlar mağarı doldurmuşdu. Mağarın qapısına toplanan oğlan və qız çocuqları da rəngarəng idi: sarı, qırmızı, yaşıl... göz qamaşdırırdı. Şal gödəkçəli, qıllı papaq bir uşaq qığılcım kimi sıçrayaraq oradaburada səkir, “sümüyünə düşən” havalara bir az süzür, sonra birdən sanki utanaraq, qaçıb çocuqların arasında gizlənirdi. – Qasım, ay Qasım! – deyə adı dillərdə idi.Çocuqlar onu çağırmaqdan, onunla danışmaqdan, əylənməkdən elə bil ayrıca bir zövq alırdılar. O da kimsədən “kərəmini” əsirgəmirdi: birisi ilə süzür, o birisi ilə güləşir, zarafatlaşırdı. O, toyun bütün mənasını daşıyan bir rümuz idi: musiqi qədər şən, nəşə kimi cazibəli və fərəh qədər qanadlı idi. Onun bir dəqiqə bir yerdə durmağa qərarı gəlmirdi: mağarın ətrafını dolaşır, kecələrin arasına soxulub, içəridə oynayanlara tamaşa edir, bir də əlini yuxarı qaldıraraq – Ay şabaş!.. – deyə kənardakı uşaqlara doğru coşurdu...

3 min
Lüzumsuz arzu üçün

İki il idi onu görməmişdim. Bir gün təsadüfən rast gəldim. Hələ mənə yaxınlaşmadan adəti üzrə qaşlarını yuxarı qaldırıb gülümsədi və qızıl dişlərini göstərərək:– Ya Allah, ya Allah, – deyib əlimi sıxdı. – Balam, haradasan? Sanki başqa-başqa şəhərlərdə yaşayırıq.

5 min

Poems by other poets