Həyatımın 20 ili
Page 8 of 10 · 70%
Zəf - zəiflik, gücsüzlük
bəzi oyunlar göstərdi. Bir ləyənə su töküb, üstünə dəsmal saldı, sonra cinləri çağırmağa başladı: “Bağdasan gəl, dağdasan gəl, köhnə hamamdan, xarabalardan gəl...”. Ləyəndə cığıltı qopdu. Dəsmalı darta saxlayıb, üstünə bir stəkan qoydu və:
– Cinlər stəkanı kimin tərəfinə atsın? – deyə soruşdu. Birisi “mənim tərəfimə” dedi. Stəkan atılıb onun qabağına düşdü. “Cinlərin” özünü görmək istədik. Oğlanmı, yoxsa qızmı istədiyimizi soruşdu.
“Qız” dedik. Dəsmalın bir tərəfini qaldırdı – alma böyüklükdə iki başın arxa tərəfi görünürdü. Əlini salıb, qızların hörülmüş xırda saçlarını da sudan çıxardı. Sonra dəsmalı saldı. “Azadsınız” dedikdə ləyəndən şən səslər və qəhqəhələr eşidildi.
Bu sirəncilər əylənmək üçün nələr yapmazdılar. Şəhərdə Manca Zöhrə adlı bir arvad vardı. Bunun oğlu Təbrizə gedib-gələr, yaxşı pul qazanardı, amma evlənməyə cəsarəti yox idi, anası isə gəlin həsrətində çırpınırdı. Bir gün gənclər yığışıb Zöhrə arvadın yanına gedir və oğluna qız tapdıqlarını söyləyirlər. Arvadla oğlu çox sevinir və toya başlayırlar. Toy gecəsi bir oğlana qadın paltarı geydirib bəzəyirlər və cehiz əvəzinə də saman doldurulmuş məfrəşləri qatırlara yükləyib, musiqi çala-çala aparırlar. “Gəlinin” ayağının altında qurban kəsilir.
Sonra kişi gəlin otağına girib “gəlinin” duvağını qaldırdıqda acı zarafatı duyur.
Bir mollanın babasının ləqəbi “keçi” olduğu üçün “keçi” sözündən çox pərt olardı. Bir axşam sirəncilər dəstəsi gəlib bunlara çıxır. Molla bu ziyarətdən son dərəcə məmnun olaraq, çay qoydurur və kəllayi daha da işıq olsun deyə bir neçə də çıraq yandırır. Bir az sonra gənclərdən birisi ifrat işıq olduğunu bildirib, çırağın birini söndürmək istəyir.
O birilər etiraz edərək:
– Keçi – məə – deyə keçi kimi bəyirməyə başlayırlar, molla pərt olur...
Bir gün yenə sirəndə gənclər söz qoyurlar ki, bir müddət azsınlar. “Yolu azan” təbiidir ki, evlərinə gəlib çıxa bilməz. Kimsəyə xəbər vermədən hərəsi çıxıb, başqa şəhərə gedir. Içlərində biri azmağa yer tapmadığı üçün qərarlaşdırılan vaxta qədər Şuşada iki məhəllə arasında dolaşmağa başlayır. Bunu çox axtarırlar, axırda gəlib tapırlar:
– Niyə evə gəlmirsən, neçə gündür səni axtarırıq? – dedikdə evə dönmək istəmir:
– Gedin, azmışam, – deyə cavab verir.
Tacir balalarının sirənləri olduğu kimi, şairlərin də məclisləri vardı. Gündüzlər bunlar Mir Möhsün Nəvvabın yuxarı məscidin hücrəsindəki güllü-çiçəkli mənzilinə yığılardılar. Xan Qaradaği, Növrəs, Məmayi, Baki, Alı yüzbaşı oğlu Həsən Nəvvabın başına toplanan “Beytül xamuşan” üzvlərindən idi. Bundan başqa bir çox şair, oxuyan və çalanlar da şairə Xurşud Banu Natəvanın ətrafına yığılarlarmış. Bu da “Məclisi-üns” adlanardı. Böyük qardaşım Natəvanla görüşdüyünü söylərdi, heyf mən onu görə bilmədim. Şair Ibrahim Tahir Nəvvab qrupuna daxil deyildi. O fərdi həyat sürərək, həcvləri ilə hər kəsi oxlardı.
Teatr xadimləri Əbdürrəhimbəy Haqverdiyev, Haşımbəy Vəzirov, Məmmədhəsənbəy Mirzəcamalov, vəkil Həsənəlibəy də ayrıca bir dəstə təşkil edərdilər.
Şuşa məclislərində incə zarafat, lətifəçilik, hazırçavablıq olduqça inkişaf etmişdi. Mayor Əbdürrəhimbəy, Səfibəy, Alı yüzbaşı, Dəli Xudubəy, Allahverənli Kalba Şirin kimi adamların söyləmiş olduqları lətifələr yalnız Şuşada deyil, Azərbaycanın hər guşəsində söylənir. Bunların çoxu ictimai xarakter daşıyır. Əbdürrəhimbəy Vəzirov vaxtı ilə çarın xas alayına mənsub olaraq 1877-78-də baş vermiş rus-osmanlı müharibəsində iştirak etmiş və bir Vladimir xaçı da almışdı. Mən görən vaxtlar istefada idi və Vladimir nişanına məxsus olaraq ildə on manat təqaüd alırdı... Bütün gəliri bu idi. Il uzunu dəftərxanalarda ayaq döyüb, yer axtarar, tapa bilməzdi. Bir neçə ay şəhər naçalnikinin yanına gedir, hər dəfə naçalnik onun adını eşidəndə deyir sabah gəlsin. Bu “zavtra”lar Əbdürrəhimbəyi təngə gətirir. Axırda bir də gedir və “zavtra” sözünü yenə eşidər-eşitməz çıxıb dəftərxananın qabağında havaya bir güllə atır. Bunu tutub naçalnikin yanına aparırlar, naçalnik güllənin səbəbini soruşanda Əbdürrəhimbəy deyir:
“Zavtra”nı öldürdüm, artıq “zavtra” yoxdur. Əbdürrəhimbəy yer üçün Gəncəyə, qubernator Naqaşidzenin yanına gedir. Vizit kartını göndərir, vali onu qəbul etmir. Dəfələrlə gedir, qəbul olunmur, nəha-
1 Həsənəlibəy Hacı rolunu, Məmmədhəsənbəy də Yaqo rolunu gözəl oynardılar (müəllif).
2 Xüsusi
yət vizit kartına “Veziridze” yazıb göndərir, vali o saat onu yanına çağırır. Soruşur ki, familin nədir: deyir “Vəzirov”. Naqaşidze heyrətlə:
– Bəs Veziridze neçin?
Əbdürrəhimbəy:
– Başqa əlacım qalmamışdı, – deyir.
Naqaşidze qulluq verməmək üçün bəhanə axtararaq:
– Axı sən qocasan, qulluq nəyinə lazımdır?
Əbdürrəhimbəy:
– Zati-dövlətləri, – deyir, – mən qulluq üçün ərizə verəndə cavan idim.
Bir gün Əbdürrəhimbəy təziyə məclisinə düşür. Görür mollalar daşların Xorasana ziyarətə getməsindən danışırlar – biri daşa dair ayə nazil olduğunu, o biri hədis və rəvayətləri anladır, bir ayrısı da daşın yeridiyini öz gözü ilə gördüyünü söyləyirmiş. Əbdürrəhimbəy bu söhbətlərə qulaq asıb deyir:
– A qardaşlar, mən ərəbcə və farsca bilmirəm, ancaq türkdə bir məsəl var, deyərlər:
“Eşşəkqulaq, qabanbaş?
Heç görmüsən yeriyə daş?”
Əbdürrəhimbəy babadan qalma evi qardaşı ilə bölüşüb, alt mərtəbəsini mözünə götürmüş, üst qatını da qardaşına vermişdi. Bir gün qardaşı aşağıdan tappıltı gəldiyini eşidib enir, görür Əbdürrəhimbəy divarı. külünglə sökür.
– Nə qayırırsan, ev uçar? – deyə bağırtı salır.
Əbdürrəhimbəy deyir:
– Alt mərtəbə mənim deyilmi? Pulum yoxdur, söküb daş-taxtasını satmaq istəyirəm.
Qardaşı məsələni duyub, Əbdürrəhimbəyə pul verib razı salır.
Bir gün Əbdürrəhimbəyin qardaşı xəstələnir, Əbdürrəhimbəyə deyir:
– Get həkimə de, bir dava versin.
Əbdürrəhimbəy:
– Nəyi deyim, həkim özü gəlməlidir.
– Gəlməsi lazım deyil. De ki, dili ağzında şişib badımcana dönüb, burnu xiyar kimidir, qulaqları kələm yarpağı kimi sallanır.
Əbdürrəhimbəy onun sözünü kəsərək:
– Bildim, deyərəm bostan olub...
Xoş havalarda zəriflər Divanxana qabağına toplaşardılar. Bir gün orada dil məsələsi mövzuyi-bəhs olur. Əbdürrəhimbəy deyir:
– Mən heç rusun “prişol”u ilə “priyexal”ının mənasını anlamadım.
Hamısına prişol desinlər, canımız qurtarsın.
Əbdürrəhimbəyin qardaşı məsələni anlayaraq deyir:
– “Prişol” ayaqla gəlməyə, “priyexal” isə eşşək də, atda və arabada kəlməyə deyirlər.
Bu halda Əbdürrəhimbəyin gözləri eşşək üstə gələn bir kəndliyə sataşır. Kəndlinin ayaqları o qədər uzun imiş ki, yerlə sürünürmüş və yeriməsi ilə eşşəyə minməsi bəlli deyilmiş. Əbdürrəhimbəy kəndlini qardaşına göstərib soruşur:
– Indi buna mən “prişol” deyim, yoxsa “priyexal”?
– Zəriflərdən biri də Xudubəy idi. O deyərdi: “Bağ var tumana salarlar, bağ var meyvəsini yeyərlər”.
Xudubəyin bu sözləri məsəl olub qalmışdır. Xudubəydən iki məsəl də söylərlər. Onun bol siçanlı bir papaqçı dükanı varmış. Dükan yanır. Qonşuları buna təsəlli verdikdə deyir: “Dükan yandısa, siçan da yandı”.
Bir məclisdə xanəndə səsini açmaq üçün yumurta istəyir. Xudubəy deyir: “Yumurta səs açsaydı, toyuğun arxası şahnaz çalardı”.
Bir gün Xudubəy məclisdə plov yeyərkən xörək qabından əlinə bir aşıq keçir. Aşığı yuxarı başda oturan mollaya göstərib deyir:
– Ağa, bu nədir?
– Aşığdır.
– Göydən Ismayıl peyğəmbərə gələn qoçun da aşığı vardımı?
Molla:
– Yəqin varmış, – deyir.
Xudubəy cavabında:
– Aşıq ki, göydən gəlmiş, bəs niyə aşıq oyununu haram hesab edirsiniz?
– deyir.
Bir gün Xudubəy qonşu həyətində ağacdan qoz salıb sındırırmış.
Bu əsnada həyət sahibi olan müəllim gəlib çıxır. Xudubəy özünü itirməyərək deyir:
– Müəllim, bəs deyirsən əz-dən dən çıxar, sabahdan bəri qozları əzirəm, heç dən çıxmır...
Xudubəy məclisdə mollaların mövhum məsələlər üstə münaqişə
etdiklərini görüb sual verir:
– Ağa, – deyir, – niyə xoruz həmişə ayağının birini qarnına çəkir?
Molla cavab verə bilmir. Xudubəy:
– Çünki, – deyir, – xoruz ayağının ikisini də qarnına çəksə yıxılar.
Şuşa zəriflərindən biri də Səfibəy olmuşdur. Səfibəy uzunpapaq, çuxasının qolları arxadan sallanan, sallaq ağ bığlı bir qoca idi. 1863-64-cü illərdə Polşada baş vermiş üsyanı yatırmaq üçün Qafqazdan aparılan bəylər arasında Səfibəy də varmış. Mən görən vaxtlar Səfibəy həyətinin aşağısındakı dərədə kələm əkərdi. Dərənin bir tərəfində də Anaxanım adlı bir qadın kələm əkər və ortalıqda olan tikan çəpəri irəli itələyib, Səfibəyin torpağını qəsb elədiyi üçün aralarında həmişə sərhəd davası olardı.
Nikolay taxta çıxanda Şuşada Divanxana qabağında qoşun rəsm – keçid yapırmış. Bütün generallar və zabitlər rəsmi libasda gəlmişlər.
Səfibəy də uniformasını geyib, Polşada aldığı nişanları da döşünə taxıb gedir. Orada köhnə yoldaşlarına rast gəlib birindən:
Kitabxana.az · https://kitabxana.az/en/works/cemenzeminli-heyatimin-20-ili
More by this author
Bunlara hər gün səhər saat on birdə bulvarda rast gələ bilərsiniz: qışda yel tutmayan, yayda günəş görməyən bir skamyaları var. Əsəd bəy ortada, Mirzə Zülqədər sağ tərəfdə, Ocaq Naşid də sol tərəfdə oturar. Bu adət pozulmaz. Yalnız bu deyil: bunların bir çox sabit adət və qaydaları da var. Məsələn, kimsə kimsənin keçmişi ilə maraqlanmaz, gündəlik məişət məsələləri mövzusundan bəhs olmaz, siyasətdən uzaq qaçılar. Bu olduqca yaxın və səmimi dostlar bir-birinin evinə getməz və biri digərinin ailə vəziyyətindən xəbərsizdir. Halbuki dostların özlərinə məxsus tarixçələri var. Əsəd bəy vaxtilə vilayət dəftərxanası tərcümanı olmuş; biriki məqalə ilə “Şərqi-Rus” qəzetində iştirak etmiş və bir zaman pyes yazmaq moda təşkil edəndə Əsəd bəy “Cəhalət qucağında” adlı bir dram belə yazmışdı. Lisaniyyat marağı dövrü Əsəd bəy islahatçı olaraq meydana atılmış və fars-ərəb kəlmələri yerinə türk sözlərinin işlənməsini təklif etmişdi; məsələn: “xoruz” əvəzinə “qızıl pipik quş”; “musiqi” əvəzinə “zırzır”; “münəccim” əvəzinə “ulduza baxan” və qeyriləri.Mirzə Zülqədər gimnaziyada elmi-ilahi müəllimi olmuş bir adamdır. Ərəb və farscaya vaqifdir. Dindardır və bütün dünya fənlərinin qurandan iqtibas olunmasına qanedir. Elmin hansı bir sahəsindən bəhs açılsa, “onu bizdən götürüblər, bax, ayeyi-şərifə nə buyurur” – deyə bir ayə və ya hədis söylər. Mirzə Zülqədərin təsəvvürüncə quran xarüqədir: darvinizm, dəmiryol, dizel maşını, hətta qramofondan da orada məlumat verilmişdir. İntəhası, biz cəhalətdə qalmışıq da, istifadə etməmişik.
Xasiyyətləri tutmamış“Əli, Vəli, Pirvəli,Üçü ondan irəli,
İki çocuqKəndin kənarındakı böyük qoz ağacının altında qurulmuş mağarı çoluq-çocuq bürümüşdü. İçəridə toy idi: zurnaların səsi ahılı-cahılı nəşələndirərək süzdürürdü, hər kəs bu xeyir işə bacardıqca bəzəklidüzəkli gəlmişdi, iri heybətli papaqlar, təpmə qəhvəyi çuxalar, qıvraq patava və çarıqlar mağarı doldurmuşdu. Mağarın qapısına toplanan oğlan və qız çocuqları da rəngarəng idi: sarı, qırmızı, yaşıl... göz qamaşdırırdı. Şal gödəkçəli, qıllı papaq bir uşaq qığılcım kimi sıçrayaraq oradaburada səkir, “sümüyünə düşən” havalara bir az süzür, sonra birdən sanki utanaraq, qaçıb çocuqların arasında gizlənirdi. – Qasım, ay Qasım! – deyə adı dillərdə idi.Çocuqlar onu çağırmaqdan, onunla danışmaqdan, əylənməkdən elə bil ayrıca bir zövq alırdılar. O da kimsədən “kərəmini” əsirgəmirdi: birisi ilə süzür, o birisi ilə güləşir, zarafatlaşırdı. O, toyun bütün mənasını daşıyan bir rümuz idi: musiqi qədər şən, nəşə kimi cazibəli və fərəh qədər qanadlı idi. Onun bir dəqiqə bir yerdə durmağa qərarı gəlmirdi: mağarın ətrafını dolaşır, kecələrin arasına soxulub, içəridə oynayanlara tamaşa edir, bir də əlini yuxarı qaldıraraq – Ay şabaş!.. – deyə kənardakı uşaqlara doğru coşurdu...
Lüzumsuz arzu üçünİki il idi onu görməmişdim. Bir gün təsadüfən rast gəldim. Hələ mənə yaxınlaşmadan adəti üzrə qaşlarını yuxarı qaldırıb gülümsədi və qızıl dişlərini göstərərək:– Ya Allah, ya Allah, – deyib əlimi sıxdı. – Balam, haradasan? Sanki başqa-başqa şəhərlərdə yaşayırıq.
Poems by other poets
Ov bərəsin gözləməyən ovçunun,Ovunu görcəkin nə tur sinə,
Çağır məniNə zaman ki, bir həsrətdən yandı sinən,Nə zaman ki, yollar üstə dayandın sən,
Yandırdın MəniYanasan yanasan yandırdın məniSən də mənim tək yanasan könül
AlmasınBimürvət yar məni candan elədi,Tutubdu dəstində ay ağ almasın.