Bağlayıram gözəllərə dastanı,Yar atəşi şirin canı yandırır.Sərraf olan lələ qoyar qiyməti,Göz görəndə din-imanı yandırır.

Qara tellərinə ətirlər vurur,Gizlincə dayanır, daldada durur.Gözə qorux yoxdur, çıxanda görür,Bir baxışı min cavanı yandırır.

Bazarı Yusifin böyük bazarı,Artırır ürəkdə dərdi, azarı.Sinədə bəslənən Hindistan narı,Əfqan kimi binəvanı yandırır.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets