İkinci hissə, 1
İbrahim xan bağçada kiçik uşaqları – Abbasqulu ağa, Gövhər ağa, Hacı Hacan ağa, Səltənətbəyim, Əli ağa ilə oynayırdı.
Abbasqulu ağa:
– Kəndli ilə öküzü oynayaq!– qışqırdı.– Kəndli ilə öküzü!.. İbrahim xan:
– Yaxşı…– dedi.– Mən kəndli!
Gövhər ağa:
– Mən də öküz!..– qışqırdı.
İbrahim xan güldü:
– Ay qız,– dedi, – sənnən öküz olar?! Qız nədi, öküz nədi?! Abbasqulu ağa:
– Öküz mənəm!– dedi.
İbrahim xan:
– Yaxşı, mən oldum kəndli!– deyib, səsini dəyişdi və Abbasqulu ağaya müraciətlə kəndlinin sözlərini söylədi:
Sarı öküz, sənnən budu diləyim,
Bir günlüyü tamam gərək əkəsən…
İstəmirəm axşamadək çəkəsən,
El töhmətin üstümüzə tökəsən…
Abbasqulu ağa baş barmaqlarını buynuz kimi gicgahından qaldıraraq səsini dəyişib öküzün sözlərini söylədi:
Sən havaxtda mənim gördün işimi?
Qoymayırsan dinc saxlayım başımı…
Qoyundan, keçidən ver yoldaşımı,
Gör, mən onlar ilə necə çəkərəm!..
Uşaqlar da haray-həşirlə oyunu qızışdırırdı…
Kitabxana.az · https://kitabxana.az/en/works/elcin-hokmdarin-taleyi-ikinci-hisse-1
Use ← → keys to move, R for a random poem
More by this author
Cıdır düzündə gözəl bir gün çıxmışdı və gözəl də bir sakitlik var idi.İbrahim xan at belində aramla addımlayırdı, bir az arxadan isə iyirmi-iyirmi beş atlı gəlirdi.
Birinci hissə, 2230 dekabr 1803-cü il. Gəncə.Ay işığında Cavad xan başda olmaqla bir dəstə adam Gəncə qalasının bürclərini gəzirdi.
Birinci hissə, 2331 dekabr 1803-cü il. Tiflis. Sərdar iqamətgahı.Knyaz Sisianov iş otağında böyük yazı mizinin arxasında oturub işləyirdi.
Birinci hissə, 241804-cü il yanvarın 2-dən 3-nə keçən gecə. Gəncə qalası.Gəncə uğrunda vuruş gedirdi.
Poems by other poets
Ey dil, həmişə gərdişi-dövran gəlir keçər,Hər gün cəfa və möhnəti-hicran gəlir keçər,
QaloşcütləyənO mənə zəng elədi, dedi: gözlərin aydınFilankəs öldü bu gün, Kaş orada olaydın.
Cığalı müxəmməs: Ey simbədən, mehri-dərəxşəndə ZüleyxaEy simbədən, mehri-dərəxşəndə Züleyxa,Ey kani-məlahət, ləbi pürxəndə Züleyxa,
Nəvayi-aşiqanəYaran, bahar mövsümüdür, aşiq olmalı!Canan yolunda ölmək üçün şaiq olmalı!