1. Gələcəyə doğru
Page 4 of 4 · 75%
O vaxtlardan altı-yeddi il keçmişdi...
Və Gicbəsər indi, həmin bu aprel gecəsi Tülkü Gəldi Qəbiristanlığında qarovulçu Əflatunun köşkünün damından Bakının o gecə mənzərəsinə baxırdı və Tülkü Gəldi Qəbiristanlığından kənardakı o naməlum aləmin işıqları artıq bir-bir sönürdü, amma Gicbəsər yerindən tərpənmirdi, elə-beləcə baxırdı.
Bayaq, yəni bir neçə saat bundan əvvəl Gicbəsər damdan düşüb getmədi, damın üstündə çöməlib gecəni gözlədi və Tülkü Gəldi Qəbiristanlığının gecə həyatına – tez-tez taksilərin gəlib-getməsinə, qarovulçu Əflatunun yüyürə-yüyürə müştəriləri qarşılamasına və yola salmasına, Qəbiristanlıq İdarəsinin həyətinə girib-çıxan gecə qonaqlarına, ayrı-ayrı keflənmiş adamların hay-küyünə, yıxılıb-durmağına, Mirzəibinin, Ağakərimin, Vasilinin adamları bir-bir çağırmağına, cürbəcür tapşırıqlar verməyinə, yəni bu üç nəfərin Tülkü Gəldi Qəbiristanlığındakı bu gecə həyatının təşkilati işləri ilə məşğul olmaqlarına – heç nəyə fikir vermədən bütün gecəni Bakının o mənzərəsinə tamaşa etdi...
Bakının işıqları yavaş-yavaş tamam sönürdü...
Tülkü Gəldi Qəbiristanlığından kənardakı o aləm başdan-başa sirlərlə dolu idi...
... Sonra səhər açılmağa başladı...
Tülkü Gəldi Qəbiristanlığındakı idarənin həyətinə bir sakitlik çökdü, amma bu, müvəqqəti bir sakitlik idi və Gicbəsər burasını çox gözəl bilirdi; bir azdan işçilər gələcəkdi, səhər ötüb, günorta keçəcəkdi, dəfn mərasimləri sona yetəcəkdi, mollalar, qəbirqazan alkaqoliklər, dilənçilər qəbiristanlıqdan çıxıb gedəcəkdi, axşamüstü idarənin də işi qurtaracaqdı və gecə həyatına hazırlıq başlayacaqdı. Gicbəsər gözünü açıb Tülkü Gəldi Qəbiristanlığını, yəni bütün bu illər boyunca içində yaşadığı öz dünyasını beləcə görmüşdü, amma bu dünyadan kənarda sirlərlə dolu naməlum bir dünya da var idi və bu son günlər ərzində o naməlum dünya Gicbəsəri özünə çəkirdi.
Gicbəsər Tülkü Gəldi Qəbiristanlığında yaşamaq istəmirdi.
Gicbəsər daha Tülkü Gəldi Qəbiristanlığında yaşaya bilmirdi.
Bu it indiyə qədər heç vaxt Tülkü Gəldi Qəbiristanlığının geniş ərazisini tərk etməmişdi, təsadüfən buralara gəlib çıxan itlərlə görüşmüşdü, qancıqlarla şırvanmışdı (bu qancıqlar özləri gəlib Gicbəsəri tapırdılar), amma heç vaxt buralardan kənara çıxmamışdı və Tülkü Gəldi Qəbiristanlığında tək ömür sürmüşdü, çünkü başqa itləri buradan qovurdular; Gicbəsərə isə burada adət etmişdilər və bu iti söyürdülər, yeri düşəndə təpikləyirdilər, daşa basırdılar, amma Tülkü Gəldi Qəbiristanlığından qovmurdular.
Gicbəsərin burada həmişə bir qarın yeməyi var idi: gecə məclislərindən qalan artıqlar Gicbəsərə gen-bol bəs eləyirdi.
Amma Gicbəsər daha burada qalmaq istəmirdi.
O naməlum, o sirli aləm Gicbəsəri özünə çəkirdi.
Və Gicbəsər o aprel günü sübh tezdən damdan aşağı düşdü, qarovulçu Əflatunun köşkünün yanında ayaq saxlayıb sol qılçını qaldırdı və sidiyini köşkün daş divarına boşaltdı, bununla da elə bil ki, təkcə qarovulçu Əflatuna yox, bütün Tülkü Gəldi Qəbiristanlığına «əlvida» dedi və qulaqlarını qısıb özünün yeni həyatına, yeni dünyasına – naməlum bir gələcəyə doğru qaça-qaça Qəbiristanlıq İdarəsinin darvazasından çıxdı.
Kitabxana.az · https://kitabxana.az/en/works/elcin-olum-hokmu-1-geleceye-dogru
Use ← → keys to move, R for a random poem
More by this author
On il bundan qabaq Şuşa camaatının bir hissəsi Buzovna Fəhlə Yataqxanasına yerləşəndə – adamların sayından asılı olmayaraq, hər ailəyə bir otaq – hərə öz otağına əl gəzdirdi, kimi pəncərənin çürümüş çərçivəsini möhkəmlətdi, kimi suvağı qopmuş divarı təzədən suvaqladı, kimi döşəmənin sementin üstündən çəkilmiş lineliumunun yırtılmış yerlərini ört-basdır elədi, bir sözlə, hərə müvəqqəti olaraq (onda elə bilirdilər ki, müvəqqətidi) yaşamaq üçün otağı abıra salmağa başladı və o zaman Surxaygil üçüncü mərtəbədəki otaqda yerləşəndən (doluşandan, doluşdurulandan) sonra Bayraqdar da haradansa göy rəng, qırməzı rəng, yaşıl rəng tapıb gətirdi və otağın qapısının çöl tərəfini (aralığa açılan hissəsini) yuxarıdan aşağı bayrağın rəngi ilə göy, qırmızı, yaşıl rəngə boyadı.Səyyarə Bayraqdarın cidd-cəhdlə o qapını eləcə rəngləməsinə baxa-baxa özünü saxlaya bilməyib ağlamsındı və ağlamsına-ağlamsına da:
VI fəsilYataqxananın həyətində, o iydə ağaclarının yanındakı krantda qab-qacaq yüyan Səyyarə açıq-aşkar bir fəxarətlə Kolxoz kişinin dul arvadı Xədicə xalaya deyirdi:– Əbili (yəni Əbülfət) heç iməkləmədi ki... Bir də gördüm, getdi, küçədə özündən üç dəfə böyük uşaqlarla futbol oynamağa başladı... Küçədə futbol oynayırdı, acanda, qaçıb qucağıma dırmaşırdı, əmməyə başlayırdı...
VII fəsilBakıdan gələn şose yol sola, Buzovnaya (oradan da Zuğulbaya, Bilgəhə, dəniz qırağına) dönürdü, düz isə – Şağana, Mərdəkana, Şüvəlana, SES qəsəbəsinə gedib çıxırdı və həmin yolayrıcına Buzovna dairəsi deyirdilər. Kamança Tanrıverdi avtobusdan düşüb böyük muşmula ağacının kölgəsində dayanmışdı və səhərdən bəri təpəsinə gün çaxa-çaxa, suyun-tərin içində qucağındakı bir dəstə qəzet-jurnalla o tərəf-bu tərəfə maşınların qabağına qaçan Bayraqdara baxırdı.Bayraqdar o qəzet-jurnalı qucağında elə tutmuşdu, elə bil ki, sübh tezdən
VIII fəsilİş belə gətirdi ki, Buzovna Fəhlə Yataqxanasında məskunlaşanda Məleykə müəllimə üçüncü mərtəbədə Surxaygillə yanaşı – divar qonşusu oldu və yaşa dolmuş, məktəbini də, şagirdlərini də itirmiş, dövlətin verdiyi müavinət və humanitar yardımlarla yaşayan Məleykə müəllimə, əlbəttə, yadından çıxarmışdı ki, haçansa o qəzet-jurnal köşkünün qabağında dayanıb Surxaya: «– Pah!.. Bu da sənin padşahlığındı!?»– demişdi və bir dəfə Surxay sübh-tezdən evdən (otaqdan) çıxanda gördü ki, əlində yarımçıq xlor şüşəsi tutmuş Məleykə müəllimə bomboş aralıqda o üçrəngli qapı ilə üzbəüz dayanıb və gözlərini də zilləyib rəngləri tamam solmuş qapıya. Surxay elə bildi ki, Məleykə müəllimə nəsə istəyir, amma deməyə ürək eləmir.– Sabahın xeyir, məlimə. Nədi, bir şey lazımdı?
Poems by other poets
Vəh, necə kəc gərdiş eylər cərxi-kəcrəftar kəc!Əsr gəcdir, dovr gəc, dovrani-bədkirdar kəc.
Boylana-boylanaCilvələnib kəklik kimi,Ötür boylana-boylana.
KəklikCanım kəklik gözüm kəklikYerişin yarıma bənzər
Mürəbbə: Bahar fəsli yaz ayları gələndəBahar fəsli yaz ayları gələndəOxur bizim yerin qazalağları