Ə l ə s g ə rSöylə, qasid, müxtəsəri-vəssalam,Ərzimi canana dedin, nə dedi?Bülbül tək asmana yetişib nalam,Səhni-gülüstana dedin, nə dedi?

Z ö h r əGedib, ərzi-halın yara söylədim,İnciməsin məndən, – canana dedi.Zülm əliylə məni yada verirlər,Viran qalsın belə zamana, – dedi.

Ə l ə s g ə rYadıma salanda boy-büsatını,Xəstə könlüm minir eşqin atını,Gah axtarır yerin yeddi qatını,Gah çıxır asmana, dedin, nə dedi?

Z ö h r əNakəs müxənnətin boynu vurulsun,Vay düşsün evinə, şivən qurulsun,Məhərrəmin oğlanları qırılsın,Qalmasın yurdunda nişana! – dedi.

Ə l ə s g ə rAşiq oldum bir nainsaf millətə,Qolu bağlı məni verdi cəllətə.İncilə, Zəbura, Səhfə, Tövrətə,And verrəm Qurana, dedin, nə dedi?

Z ö h r əSeyraqublar aralığı qatdılar,Zülm ilə boynuma kəmənd atdılar,Atam, anam məni pula satdılar,Onlar yetişməsin imana, – dedi.

Ə l ə sg ə rKönül gərək istədiyin istəyə,Dostun sözün dosta gərək dost deyə.Rəhm elədin mən günahkar xəstəyə,Dərdimi Loğmana dedin, nə dedi?

Z ö h r əZöhrəyəm, sinəmdə dərdü qəm çoxdu,Üstümə tökülən peykandı, oxdu,Dünyada ədalət, haqq-divan yoxdu,Yetirə dərdimi dərmana, – dedi.

Ə l ə s g ə rKəc dolandırmasın xam xəyalını,Can qoyan istəməz dünya malını.Yazıq Ələsgərin ərzi-halınıSərvi-xuramana dedin, nə dedi?

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets