Tənək
Tənək əkib qonşumuz...Qaldırıbdır yuxarı.Aşağı eyvanlarabənd eləyə-eləyə.Qonşular fikrə gedir:hər gün üstdən aşağıbaxır qonşumuz niyə?Yarısıdır gecənin,Alt paltardadır kişi.Gah eyvanda gəzişir,Gah da evdən boylanır;onun yoxmu bir işi?
O istəyir ki, kimsəiti bıçaq əlindəyanaşanda tənəyəqışqıra,söyə bərkdən,birdən hücum eləyə -birdəfəlik bilə ki,düşməni kimdir onun.Gəzişirevdə...çöldə...Pusur yuxusuz kişi...Qonşularsa xumardırdalğasında yuxunun,sükut - daha şübhəli...Gecə yandan keçib,azca qalır sabaha,Qonşular şirin yatır...səhər açılanadəkÇəkir keşiklərinixoflu kişiyə tənək.
Kitabxana.az · https://kitabxana.az/en/works/eli-kerim-tenek
Use ← → keys to move, R for a random poem